Əsas Səhifə > Partiya > QƏRBDƏN MÜXALİFƏTƏ MESAJ VAR

QƏRBDƏN MÜXALİFƏTƏ MESAJ VAR


17-12-2012, 12:44
QƏRBDƏN MÜXALİFƏTƏ MESAJ VAR
VAHİD NAMİZƏD YOX, VAHİD MÜBARİZƏ

DİA.AZ: - Son günlər aktiv müzakirə predmetinə çevrilmiş müxalifətin vahid namizədi ilə bağlı İP daxilində müəyyən fikirlər mövcuddur. Bu istiqamətdə aparılan müzakirələrdə xeyli təkliflər var və onların arasında vahid namizədin müəyyən edilməsi üçün praymeriz məsələsi də gündəmdədir.

Lakin müxalifət daxilində aparılan bu müzakirələrə Qərbin baxışları tamam fərqlidir. Etibarlı mənbələrdən DİA.AZ-a daxil olan məlumatlarda iddia olunur ki, Qərbin siyasi dairələri Azərbaycan müxalifətində vahid namizədin müəyyənləşdirilməsinə heç də isti yanaşmır. Belə ki, mövcud siyasi vəziyyəti təhlil edən Qərb hesab edir ki, indiki məqamda vahid namizədlə deyil, vahid mübarizə üsulu ilə seçkilərə hazırlaşmaq lazımdır.

Mənbənin sözlərinə görə, Qərb dairələri indiki məqamda mövcud hakimiyyətə qalib gəlməyin yolunu birgə mübarizədə görür. Onların yanaşmasına görə, müxalifət hətta vahid namizədlə seçkilərə qatılarsa belə, seçkilər saxtalaşdırılacağı təqdirdə müqavimət göstərə bilməyəcəksə, o zaman indiki addım heç bir nəticə verməyəcək. Ona görə də, faktiki durumda bütün müxalifət qüvvələrinin birləşərək əvvəlcə seçki saxtakarlığına qarşı mübarizə aparmaları, daha sonra isə vahid namizədlə çıxış etmələri tövsiyyə olunur.

Geri qayıt