Əsas Səhifə > Sosial, Manşet > SÖYÜN SADIQOV OLİQARXLARDAN KREMLƏ GİLEY EDİB
SÖYÜN SADIQOV OLİQARXLARDAN KREMLƏ GİLEY EDİB17-12-2012, 14:47 |
«OLİQARXLAR İTTİFAQI» YENİDƏN FƏALLAŞA BİLƏR: KREMLDƏN GÖSTƏRİŞ DİA.AZ: - Rusiyanın Azərbaycan dövlətinə qarşı təzyiq rıçağı kimi təqdim olunan Rusiya Azərbaycan Təşkilatları İttifaqının yenidən fəallaşacağı gözlənilir. Bu barədə DİA.AZ-a Moskvadakı qaynaqlarımız xəbər ötürüb. Mənbənin bildirdiklərindən belə aydın olur ki, təşkilatdakı digər oliqarxların passivliyindən ciddi şəkildə əndişələnən Kreml başbilənləri Söyün Sadıqovu yeni proseslərə təlimatlandırıblar. Mənbənin söylədikləri: «Söyün Sadıqov oliqarxlardan Kremlə şikayətlənib və onları fəaliyyətsizliklə suçlayıb. Və hətta konkret adlar da çəkib. Əsas ittiham hədəflərindən biri isə baş nazirin keçmiş müavini Abbas Abbasov olub». Gələn məlumatlarda deyilir ki, Kremldən Söyün Sadıqova yenidən fəallaşmaq və hətta RATİ-nin tədbirinin keçirilməsi barədə göstəriş verilib: «Həmin görüşə bütün təsisçilər dəvət olunacaq. Gəlməyənlərlə bağlı ölçü götürülə bilər. Çünki bu dəfə artıq ortaya mövqe qoyma zamanıdır». Qeyd edək ki, bu istiqamətdə Abbas Abbaovun, Araz Ağalarovun və daha bir neçə oliqarxın könülsüz şəkildə proseslərə cəlb olunduğu söylənilir. Geri qayıt |