Əsas Səhifə > Güney Press, Araşdırma > MİSİR MƏRDANOVDAN ƏCAİB MÜRACİƏT
MİSİR MƏRDANOVDAN ƏCAİB MÜRACİƏT18-12-2012, 10:55 |
İNTERNETİM DAİMA AÇIQDIR Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə şagirdlərdən pul yığılması hallarından narazılıq edən valideynlərə müraciət edib. Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib ki, valideynlər orta məktəblərdə şagirdlərdən pul yığılması halları ilə bağlı birbaşa ona müraciət etsinlər. "Mənim internet ünvanım daim açıqdır. Belə hadisələr barədə məlumat eşidən kimi, mən onların qarşısını dərhal alıram. Mən bir daha elan edirəm ki, məktəblərin tikintisi, təmiri də cənab Prezidentin diqqəti və qayğısı sayəsində dövlət tərəfindən ödənilir. Şagirdlərdən hər hansı vəsaitin tələb edilməsinə heç kimin haqqı yoxdur", - nazir deyib. Geri qayıt |