Əsas Səhifə > Şou-biznes > KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...

KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...


18-12-2012, 11:17
KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...
ŞOU-BİZNESDƏ EVLİLİKLƏR VƏ BOŞANMALAR

Yola saldığımız il şou-biznes nümayəndələrinin bəziləri üçün uğurlu oldu, bəziləri üçün isə yox. Evliliklər də oldu, boşanmalar da. Milli.Az xəbər verir ki, Day.Az saytı oxucularda 2012-ci ildə baş vermiş evlilik və boşanma hallarını xatırladıb.

İlin toyları:

Uzun illərdən sonra, Xatirə İslam Amerikada təhsil almış azərbaycanlı ilə evləndi. O indi çox xoşbəxtdir və ana olmağa hazırlaşır.

Aparıcı Kamilə Babayeva da bu il uzun illərdən bəri tanış olduğu oğlana ərə getdi. Kamilənin həyat yoldaşı həm həkim, həm də hüquqşünasdır.

Bu il yadda qalan toylardan biri də "Eurovision 2012" təmsilçisi Səbinə Babayevanın toyu oldu. O, rejissor Cavidan Şəriflə ailə qurdu.

Digər yaddaqalan toy isə ATV-nin aparıcıları Zaur Baxşəliyev və Günay Qələndərlinin toyları oldu. Onların evliliyi sürpriz olmadı, çünki tamaşaçılar onların sevgisindən xəbərdar idilər.
KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...
KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...
KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...
KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...
KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...
KİMİ AİLƏ QURUR, KİMİ DAĞIDIR...

Ən gözlənilməz toyu isə Emma Ələkbərzadə etdi. O, 35 yaşlı Emil Əliyevə ərə getdi.

İlin boşanmaları:

Mart ayında ailə quran Elşad Xose və Oksana Rəsulova artıq ayrılmağa hazırlaşırlar.

Tanınmış teleaparıcı Ulvira Qarayeva da həyat yoldaşı olan gənc meyxanaçıdan bu il boşanıb. Ulvira daha ərə getməyəcəyinə söz verib.

Türkiyədə ərdə olan Səidə Dadaşova da həyat yoldaşı Səlcuq Gekezdən ayrılıb. Boşanma səbəbləri bilinmir.

Digər boşanan tanınmış isə "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallı oldu.

Geri qayıt