Əsas Səhifə > Sosial, Manşet > ŞOK: İCRA BAŞÇISI RƏSUL QULİYEVƏ DƏSTƏK VERDİ

ŞOK: İCRA BAŞÇISI RƏSUL QULİYEVƏ DƏSTƏK VERDİ


18-12-2012, 12:00
ŞOK: İCRA BAŞÇISI RƏSUL QULİYEVƏ DƏSTƏK VERDİ
VİLYAM HACIYEV KEÇMİŞ SPİKERİN YANINDA YER ALMAĞA HAZIRLAŞIR

DİA.AZ: - İmişlinin icra başçısı Vilyam Hacıyev sabiq spiker Rəsul Quliyevlə yaxınlaşmaq niyyətinə düşüb. DİA.AZ bildirir ki, bu xəbər bolgexeber.com-da yer alıb. Verilən məlumata görə, artıq icra başçısı bu məqsədlə ilk addımları atıb. Belə ki, o, sabiq spikerin lideri olduğu Açıq Cəmiyyət Partiyasının İmişlidə şöbə yaratmasına şans tanımaqla yanaşı, həm də onları qərargahla təmin edib.

Mənbə bildirir ki, Hacıyev hətta yerli təşkilatın əliylə mərkəzi qərargaha da köməklik göstərməkdədir. Belə ki, icra başçısı yaxın adamlarından birinin vasitəsi ilə Bakıya pul göndərib. Amma bu yaxınlaşmanın hansı səbəbdən baş verdiyi məlum deyil. Çünki İmişlinin icra başçısının sabiq spikerlə əvvəllər heç də əlaqəsi olmayıb. Amma buna baxmayaraq, hal hazırda ondan yardımlarını əsirgəmir.

Qaynağın dediyinə görə, həqiqətən də Rəsul Quliyevlə Vilyam Hacıyev arasında əvvəllər yaxın münasibət olmayıb. Amma tərəflər arasında yaxınlaşma bir müddət bundan əvvələ təsadüf edir. Belə ki, icra başçısının yaxın adamı ilə xaricdə görüşən Rəsul Quliyev onunla anlaşıb və vasitəçilik etməsini istəyib. Nəticədə, icra başçısı bu təklifi qəbul edib və ona dəstək olacağını deyib. Bir müddət əvvəl isə Avropada səfərdə olan Vilyam Hacıyevin Rəsul Quliyevlə görüşdüyünə dair iddialar da var. Mənbə bildirir ki, rayonun rəhbəri görüşdən sonra ACP-yə maliyyə yardımı ayıracağını vəd edib və hazırda da bunu həyata keçirməyə başlayıb.

Geri qayıt