Əsas Səhifə > Şou-biznes > "AZƏRBAYCANDAN DƏVƏT GƏLƏRSƏ"...
"AZƏRBAYCANDAN DƏVƏT GƏLƏRSƏ"...18-12-2012, 12:10 |
TÜRKİYƏLİ AKTYOR BAKIYA GƏLƏ BİLƏR Məşhur türk aktyoru Nüsrət Çətinəl teatr ilə sıx məşğuldur. Bütün bunlara baxmayaraq aktyora filmlərdən, seriallardan dəvət də gəlir. Amma aktyor teatrdakı işlərini qoyub heç cürə çəkilə bilmir. Nüsrət bəylə söhbətimiz bu mövzuda oldu. Aktyor, həmçinin sənətindəki yeniliklər, ölkəsindəki çəkilən seriallara münasibətini Milli.Az-a bildirib: “Mən uzun illərdir teatrda çalışıram, əsas iş yerim oradır. Hal-hazırda yeni tamaşaların məşqini edirik, bütün Türkiyəni turne tamaşaları ilə gəzirik. Onun üçün başqa bir iş görməyə vaxt qalmır. Filmlərdən, seriallardan dəvətlər gəlsə də, teatr üzündən qəbul edə bilmirəm. Sonuncu dəfə “Susqunlar” serialından mənə dəvət gəlmişdi, təklifi qəbul da etmişdim. Amma serialın yayımına qadağa qoyuldu. Mən professional bir aktyoram, hər bir mövzuda olan serialda oynaya bilərəm”. "Türkan Şoray yaxında ölkəmizin qonağı oldu. Siz nə vaxt Bakıya gəlirsiniz?" sualına isə aktyor belə cavab verib: “Sözün düzü, Türkan Şorayın Azərbaycana gəlməsindən xəbərim yoxdur. Azərbaycandan mənə bir dəvət gələrsə, böyük məmnuniyyətlə gələrəm. Amma, hələ ki, dəvət gəlməyib. Bakıya gəlib bütün sənətçilərinizlə görüşmək istəyirəm”. Aktyor yerli seriallar haqda da danışaraq, “Emirin yolu” serialındakı baş rolun oyunçusunu bəyənmədiyini bildirib: “Hər axşam teatrda tamaşam olduğu üçün serialları izləyə bilmirəm. Amma həyat yoldaşım “Möhtəşəm yüz il” serialını izləyir. Emir xarakterinin oyununu anonslardan gördüyüm qədəri ilə heç bəyənmirəm. Düzdü, gənc və yaraşıqlı bir oğlandır. Onu daha çox gənc qızlar bəyənir”. Geri qayıt |