Əsas Səhifə > Partiya > ŞTRASSER BAKIYA BURAXILIR

ŞTRASSER BAKIYA BURAXILIR


15-11-2011, 15:18
ŞTRASSER BAKIYA BURAXILIR

AMMA DEYƏSƏN, HAKİMİYYƏTİN ŞƏRTİ VAR

Noyabrın 16-da Parisdə təyin edilmiş Monitorinq və Hüquq komitələrinin iclasının baş tutmamasının səbəbi rəsmi Bakının siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin Bakıya səfərinə icazə verməsi olub. Bu barədə Turan-a Avropa Şurasındakı məlumatlı mənbələrdən bəlli olub.

Mənbə bildirib ki, Monitorinq Komitəsinin və AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbərləri məktublaşıblar. “Məlum olub ki, Azərbaycan tərəfi Ştrasserin ölkəyə işgüzar səfərə gəlməsinə icazə verməyə hazırdır. Səfər 2012-ci ilin əvvəllərinə planlaşdırılıb”, - mənbə bildirib.

Bu məlumatı iclasa dəvətli olan Eynulla Fətullayev də təsdiqləyib.

Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri dünən və bu gün rəsmi KİV-də Azərbaycana qarşı “qeyri-obyektiv” və “qərəzli” münasibətinə görə Ştrasserin istefasını tələb ediblər. Həmçinin onlar Ştrasserdən tələb ediblər ki, onun tənqidi müsahibəsini dərc etmiş “Azadlıq” qəzetini məhkəməyə versin. Odur ki, istisna deyil ki, Ştrasserin Azərbaycana buraxılacağı barədə vədlər bu və ya digər səbəbdən yerinə yetirilməsin.

Xatırladaq ki, rəsmi Bakı Azərbaycanda siyasi məhbusların olduğunu etiraf etmək istəmir və bir neçə ildir ki, Avropa Şurasının təyin etdiyi məruzəçini ölkəyə buraxmır.


Geri qayıt