Əsas Səhifə > Sosial, Manşet > SAKİNLƏR QORXMAZ HÜSEYNOVU İSTEFAYA ÇAĞIRDI
SAKİNLƏR QORXMAZ HÜSEYNOVU İSTEFAYA ÇAĞIRDI20-12-2012, 11:51 |
«AZƏRSU» RƏHBƏRLİYİNƏ VAXT VERİLDİ: «SUYUMUZU BƏRPA EDİN, YOXSA»… DİA.AZ: - Neçə müddətdir ki, Bakının mərkəzi rayonu olan Səbayelin Bayıl qəsəbəsinin sakinləri içməli su problemi ilə üz-üzə qalıblar. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup qəsəbə sakini bildirir ki, havalar soyuyandan Bayıl ərazisində içməli su problemə çevrilib: «Görmüşqük ki, hava soyuyanda təbii qazın verilməsində, elektrik enerjiçində problem yaranar. Amma bizdə tərsinədir. İçməli su əməlli-başlı problemə çevrilib». Gündüz saatlarında olduqca zəif təzyiqlə suyun verilməsindən şikayətlənən sakinlər bildirdilər ki, soyuq havada bütün işlərini soyuq su ilə görmək zorunda qalırlar ki, bu da onların sağlıq durumuna təhlükədir: «Dəfələrlə müvafiq dövlət qurumlarına, «Azərsu»nun qaynar xəttinə müraciət etsək də, bizə düz-əməlli cavab verən yoxdur». Sakinlər bildirir ki, əsas problem Xanlar, Aqil Quliyev, Useynov küçələrində yaşanılır: «Biz redaksiyanız vasitəsilə «Azərsu» rəhbərliyinə vaxt veririk. Əgər suyun verilməsindəki problemi aradan qaldırmasalar, biz də «Azərsu»nun qarşısında etiraz aksiyası keçirəcək və qurumun rəhbərinin istefasını tələb edəcəyik. Əgər bu adam işləyə bilmirsə, fəaliyyəti yarıtmazdırsa, o zaman istefa versin, işini bacaran birisi gəlsin». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |