Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > REDAKTORLAR TOPLANDI
Əsas Səhifə > Cəmiyyət > REDAKTORLAR TOPLANDI

REDAKTORLAR TOPLANDI


15-11-2011, 15:40
REDAKTORLAR TOPLANDI

BİRLİKDƏ QƏZETLƏRİN PROBLEMİ MÜZAKİRƏ OLUNUB

Noyabrın 15-i Redaktorlar Birliyinin iclası keçirilib.

“Azadlıq” qəzetinin baş redaktoru Qəniməd Zahid “Media forum” saytına bildirib ki, iclasda “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə bağlı son vəziyyət və onun müdafiə məsələləri müzakirə olunub. “Təzadlar”, “Gündəm-Xəbər”, “Yeni Bakı”, “Gündəlik Bakı” qəzetlərinin üzləşdiyi hüquqi çəkişmələr də müzakirə edilib.

İclasda Azərbaycanın internet məkanının təhlükəsizliyinin təmin olunması, milli internet resursunun qorunması üçün hazırlanmış müraciət müzakirə olunaraq qəbul edilib. Müraciət Milli Təhlükəsizlik Nazirliyinə göndəriləcək.


Geri qayıt