Əsas Səhifə > Partiya > TEHRANA "ÜMİD" HƏMLƏSİ

TEHRANA "ÜMİD" HƏMLƏSİ


20-12-2012, 15:48
TEHRANA "ÜMİD" HƏMLƏSİ
ÜMİD FARS-MOLLA REJİMİNƏ QARŞI BƏYANAT VERDİ

Ümid partiyası Güney Azərbaycandakı həbslərlə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, Ümid partiyası son günlər Güney Azərbaycanda milli fəallara qarşı başlanan təzyiqlər və həbslər dalğası ilə bağlı narahatlığını ifadə edir.

Partiya bildirir ki, bu günlər Təbriz və ətraf şəhərlərdə ağır repressiv durum hakimdir: “Milli fəallara qarşı təzyiq və həbslər kütləvi xarakter alıb. Təsadüfi deyil ki, 22 avqust 2011-ci ildə Urmiyə gölünün qurumasına etiraz xarakteri daşıyan yığıncaqda həbs olunanların işi yenidən icraya yönəldilib və bəzi fəallar həbs olunublar”.

Partiya bəyanatında bildirib ki, həbs olunanlar ağır fiziki və mənəvi təzyiqlərə məruz qalıblar: “İran rejimi həbsxanalarda ağır işgənclərə məruz qoyduqdan sonra onları ağır şərtlərlə zaminliyə buraxıb. Son günlər aldığımız məlumatlara görə, Təbriz şəhərində repressiyalar misli görünməmiş həddə çatıb”.

Ümid partiyası Güney Azərbaycanda milli fəallara qarşı həyata keзirilən kütləvi həbslərə son qoyulması üçün bütün beynəlxalq qurumlardan İran dövlətinə təzyiq göstərməsini tələb edir.

Geri qayıt