Əsas Səhifə > Sosial, Manşet > GÜLƏR ƏHMƏDOVA DAHA KİMLƏRİ MƏNGƏNƏYƏ SALIB?
GÜLƏR ƏHMƏDOVA DAHA KİMLƏRİ MƏNGƏNƏYƏ SALIB?21-12-2012, 11:13 |
HAZIRDA MƏHBƏS HƏYATI YAŞAYAN KEÇMİŞ NAMİZƏD 600 MİN XƏRCƏ DÜŞÜB DİA.AZ: - 2005-ci ilin parlament seçkilərində 9 saylı Binəqədi 2-ci seçki dairəsindən deputatlığa namizəd olmuş, 2010-cu ildə isə 21 saylı Nəsimi 1-ci seçki dairəsində gücünü sınamış və hazırda münaqişə zəminində tanışı Rövşən Rüstəmovun qətlində ittiham olunaraq məhbəs həyatı yaşayan Nadir Orucovla bağlı çox maraqlı məlumatlar əldə etmişik. DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, hazırda Fransaya sığınan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə «mandat bazarlığı»nda adı hallandırılan və bu səbəbdən mandatını, partiyasını itirən, həmçinin azadlığı belə təhlükə altında olan keçmiş millət vəkili Gülər Əhmədova həmçinin adı çəkilən keçmiş deputatlığa namizədi də özünün tələsinə salmağa müvəffəq olub. Məlumatlarda deyilir ki, elə Elşad Abdullayevlə bazarlıq aparılan dönəmdə, yəni 2005-ci ildə Nadir Orucovla da bazarlıq aparılıb. Bu barədə mənbənin söylədikləri: «Gülər Əhmədova seçkilər ərəfəsində Nadir Orucovu deputat seçdirəcəyi haqda vəd verib və onunla da Elşad Abdullayevlə olduğu kimi bazarlıq aparıb. Uzun müddət sürən bazarlıqdan sonra Nadir Orucov Gülər Əhmədovaya 600 min manat pul verib. Halbuki 1 milyon manat verməli imiş və yerdə qalan pul miqdarı isə deputat mandatı alandan sonra Gülər Əhmədovaya çatmalı imiş». Mənbəmiz bildirir ki, Nadir Orucovla söhbətində də mandatı əlindən alınmış keçmiş deputat eyni üsuldan istifadə edərək, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından danışıb və pulun ona çatacağını bildirib: «Maraqlıdır ki, Nadir Orucovla danışıqlarda da Sevinc Babayeva iştirak edib». Bütün tərəflərin mövqeyini dinləməyə hazırıq. Geri qayıt |