Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QAZAX DÖVLƏT SOSİAL-İQTİSAD KOLLECİNDƏ BAZAR

QAZAX DÖVLƏT SOSİAL-İQTİSAD KOLLECİNDƏ BAZAR


21-12-2012, 11:22
QAZAX DÖVLƏT SOSİAL-İQTİSAD KOLLECİNDƏ BAZAR
VAY TƏLƏBƏLƏRİN HALINA...

Kollec müdirinin isra başçısı ilə isti münasibətdə olması nəticəsingə kollecdə tələbələrə qarşı açıq rüşvət terroru əsdirilir.

Qazax Dövlət Sosial-İqtisad Kollecində təhsil alan bir neçə tələbədən PİA.AZ-a şikayət məktubu daxil olub. Tələbələr Qazax Dövlət Sosial-İqtisad Kollecində üzləşdikəri qanunsuzluqlar barədə məlumat veriblər.

Məktubda bildirilir ki, kolecdə rüşvətxorluq və qanunsuzluq dözülməz həddə çatıb. Kollecin direktoru Elşad müəllim təhsil müəssisəsini bazar qanunları ilə idarə edir. Onun Qazax rayon İcra Hakimiyyəti tərəfindən himayə edildiyi vurğulanır.

Bildirilir ki, kollec müdirinin isra başçısı ilə isti münasibətdə olması nəticəsingə kollecdə tələbələrə qarşı açıq rüşvət terroru əsdirilir. Kollec rəhbərliyinin əməllərindən rayon icra başçısı Ayaz Əsgərovun da xəbərdar olduğu, bununla bağlı ona dəfələrlə şikayətin olunduğu deyilir. Lakin icra başçısı kollec müdirinə heç bir təsir etməyib. Bu da kollecdə rüşvət və qanunsuzluğun artmasına şərait yaradıb.

Məlumatda görə, kollecdəki qanunsuzluqlardan biri də buraya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanlarında iştirak etməyən tələbələrin oxumasıdır. Onların hansı yollarla buraya qəbul edilməsi məlum deyil. Mənbənin sözlərinə görə, həmin tələblərin bəziləri tapşırıq, bəziləri isə rüşvt yolu ilə kolecə qəbul olunub. Bildirilir ki, əgər kollecdə ciddi yoxlamalar aparılsa, burada qanunsuzluğun hansı həddə olduğunu aydın görmək olar.

Qeyd olunur ki, TQDK vasitəsi ilə kollecə düşən tələblərin siyahısı açıqlansa, həmin siyahıdan çox tələbənin burada oxuduğu və Elşad müəllimin də adaşı Elşad Abdullayev kimi daxili "TQDK"-sının olduğu da ortaya çıxacaq.

Bundan əlavə, məlumatda qeyd olunur ki, qış imtahan sessiyası başladığından artıq kollecdə tələbələrdən imtahan pulları da yığılıb. Burada qiymətdən asılı olaraq imtahan tasları 30-50 manat civarında şöbə müdirləri tərəfindən tolanır. Həmin pulların isə son qəpiyinə qədər kollec direktoruna verildiyi söylənilir. Ancaq kollecdə baş verənlər bununla bitmir. Məktubda daha ilginc faktlara da toxunulur…

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt