Əsas Səhifə > Güney Press, Araşdırma > ASTARADA VƏZİYYƏT QARIŞIB

ASTARADA VƏZİYYƏT QARIŞIB


21-12-2012, 11:25
ASTARADA VƏZİYYƏT QARIŞIB
QƏZƏNFƏR AĞAYEVİN GÖZÜ MƏRKƏZİ BAZARA DÜŞÜB

Astara rayonuna icra başçısı təyin olunandan sonra yerdəki vəziyyəti nəzarətinə almaq istəyən Qəzənfər Ağayevin ilk hədəfi bazarı ələ keçirməkdir. Bu barədə TİA.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, Astaraya gəldikdən sonra ilk baz çəkdiyi bazarla bağlı fikirləri məlum olduqdan sonra Qəzənfər Ağayevin alverçilərin hücumuna məruz qalması da bir xeyli əvvəl baş verib. Həmin vaxt satıcı qadınlar icra başçısı hədələyərək, bu niyyətindən vaz keçməyə çağırmışdılar. Bu olayın üzərindən bir xeyli keçdikdən sonra aranın sakitləşdiyini görən icra başçısı artıq yenidən fəallaşmağa başlayıb.
Məlumatda deyilir ki, Qəzənfər Ağayev Astaradakı bazarı sökdüdərək, onun yerində yenisin inşa etmək və həmin dükanları da icarəyə verməklə qazanc əldə etməyi hədəfləyir. Lakin bazarda uzun illərdir ticarətlə məşğul olanlar bununla razılaşmırlar. Elə bu səbəbdəndir ki, onlar icra başçısına növbəti dəfə xəbərdarlıq ediblər ki, boşuna əziyyət çəkməsin.
TİA.AZ-a danışan kiçik sahibkarlar bildiriblər ki, onlar hələlik gözləmə mövqeyindədirlər. Amma hər hansı bir hərəkətlilik olarsa, sərt addımlar atacaqlar. Onlar deyirlər ki, Astarada ikinci Quba olaylarının yaşanmasını istəmirlərsə, Qəzənfər Ağayev niyyətindən əl çəksin. Astaralılar buranın icra başçısı üçün nə Masallı, nə də Quba olduğunu da deyirlər. Onlar bildirirlər ki, Astara qəliz yerdir və bu rayonda hər gələn istədiyini həyata keçirə bilməz.
Xatırladaq ki, Qəzənfər Ağayev Masallının icra başçısı olan zaman rayonun mərkəzindəki bazarı ələ keçirərək, onu yerli iş adamlarına satmışdı. Lakin bu olaylar fonunda Masallıda camaat ona elə də güclü müqavimət göstərməmişdilər. Görünür, analoji addımı Astarada da həyata keçirmək istəyir. Amma qeyd olunan rayon digərlərindən çox fərqlənir. Xüsusən də sərhədyanı olması vəziyyətin kifayət qədər ciddi ola biləcəyinə dəlalət edir.

Geri qayıt