Əsas Səhifə > Dünya > MƏŞHUR RUS MİLYARDERLƏRİN CƏZASI AZALDILDI
MƏŞHUR RUS MİLYARDERLƏRİN CƏZASI AZALDILDI21-12-2012, 11:47 |
ONLAR 2 İL AZ YATACAQLAR Moskva Şəhər Məhkəməsi Rusiyanın iri neft şirkəti "YUKOS"un həbsdə olan keçmiş rəhbərləri Mixail Xodorkovskinin və Platon Lebedevin cəzasını azaldıb. Dünən keçmiş neft oliqarxlarının vəkillərinin cəzanın azaldılmasına dair şikayət ərizəsinə baxılıb və onların cəza müddəti 13 ildən 11 il 3 aya endirilib. Bununla da, adıçəkilən şəxslər ən geci 2014-cü ildə azadlığa çıxacaqlar. Qeyd edək ki, Mixail Xodorkovski və Platon Lebedev cinayət məcəlləsinin iki maddəsi ilə - əvvəlcə vergidən yayınma, sonra isə neft oğurlama maddələri ilə təqsirli bilinərək həbs edilmişdilər. Geri qayıt |