Əsas Səhifə > Dünya > KƏRBƏLA ZİYARƏTİ SADƏLƏŞDİRİLİR
KƏRBƏLA ZİYARƏTİ SADƏLƏŞDİRİLİR21-12-2012, 12:27 |
BELƏ BİR TƏKLİF SƏSƏLƏNDİRİLİB Kərbəla vilayətinin administrasiyası Xarici və Daxili İşlər nazirliklərini İraqa zəvvarların gəlişi üçün prosedurları sadələşdirməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əsvat əl-İraq" qəzeti xəbər verir. Kərbəla administrasiyasının rəhbəri Əmələddin əl-Hirin sözlərinə görə, zəvvarların İraqa gəlişi üçün prosedurların sadələşdirilməsi ölkənin dini turizmdən gəlirlərinin artmasına yardım edir. Əl-Hir onu da bildirib ki, əvvəllər İran vətəndaşları üçün vizaların verilməsi prosesinin sadələşdirilməsi bu ölkədən olan zəvvarların sayının kəskin artmasına səbəb olub. Geri qayıt |