Əsas Səhifə > Partiya > SÜLHƏDDİN ƏKBƏRDƏN İP-Ə MÜRACİƏT

SÜLHƏDDİN ƏKBƏRDƏN İP-Ə MÜRACİƏT


21-12-2012, 13:15
SÜLHƏDDİN ƏKBƏRDƏN İP-Ə MÜRACİƏT
"DEYİRSİNİZ, AMMA ELƏMİRSİNİZ"

Tanınmış politoloq İctimai Palatanın Koordonasiya Şurasının üzvü Zəfər Quliyev İP-nın fəaliyyəti ilə bağlı tənqidi məqalə yazıb. Politoloq məqalədə quru digər müxalif qüvvələrlə əməkdaşlıq etmədiyinə görə tənqid edib. Politoloq eyni halda, görülməsi zəruri olan işlər barədə mövqeyini açıqlayıb. Zəfər bəyin qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər, İP üzvləri tərəfindən etirazla qarşılanıb. Məqaləyə münasibət bildirən İP nümayəndələri vurğulayıblar ki, İP olaraq ölkənin aparıcı müxalifət partiyaları ilə əməkdaşlıq etməyə hazırıq. Bəs İP-ya daxil olan müxalifət partiyaları bu əməkdaşlığa hazırdırlarmı? Əgər hazırdırlarsa nəyə görə əməkdaşlıq baş tutmur? FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən ACP sədri Sülhəddin Əkbər bildirdi ki, sentyabr ayının 8-də Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq İP ilə, Ziyalılar Forumuna əməkdaşlıq üçün rəsmi müraciət ediblər: “Bu baxımdan İP tərəfinin əməkdaşlığa hazır olması ilə bağlı verdiyi məlumat gec də olsa, sevindiricidir. Çünki ümum demokratik maraqların bərpası müxalif qüvvələrin modernizasiyanı və siyasi qüvvələrin geniş koalisiyasının birliyini tələb edir. ACP olaraq ölkənin aparıcı müxalif qüvvələri ilə əməkdaşlığa hazırıq. “

“İP ilə əməkdaşlığın baş tutmasına mane olan səbəblər hansılardır? Bir halda ki, İP nümayəndələri və siz də əməkdaşlığa hazır olduğunu bildirirsiz ”,- sualını da cavablandıran Sülhəddin bəy, “ artıq İP-nın Koordonasiya Şurasına daxil olan şəxslər də açıq şəkildə etiraf edirlər ki, qurum daxilində fikir ayrılıqları var. Ona görə İP nümayəndələri əməkdaşlığa hazır olduqlarını açıq şəkildə bildirsələr də, bununla bağlı praktiki addımların atılmasını müşahidə etmirik”, - deyə bildirdi: “Bir daha sizin vasitənizlə elan edirəm ki, ACP və Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq İP-ilə geniş müstəvidə əməkdaşlıq etməyə hazırıq."

Geri qayıt