Əsas Səhifə > Şou-biznes > 100 % F.A. BİLETLƏRİN ÇOXUNU SATIB

100 % F.A. BİLETLƏRİN ÇOXUNU SATIB


23-12-2012, 15:05
100 % F.A. BİLETLƏRİN ÇOXUNU SATIB
BİLET ALMAĞA TƏLƏSİN: 65 FAİZ SATILIB

Xalq artisti Faiq Ağayev “Vida”adlı solo konsert layihəsi ilə bağlı mətbuat konfransı keçirib. Müğənni mətbuat konfransında 27-28-29-30 dekabr tarixlərində reallaşacaq konsert proqramı haqqında ümumi məlumat verib və mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Faiq Ağayev həyəcanla gözlənilən konsertin açılışının, daha doğrusu, ilk musiqi nömrəsinin qeyri-adi olacağını açıqlasa da, sürprizi pozmamaq üçün ətraflı məlumat verməkdən çəkindi. Media nümayəndələrini xüsusi olaraq konsertinin ilk gününə dəvət edən F.Ağayev, bu konsertində həmkarlarını kənarda qoyacağını bildirdi: “Mən bu konsertdə heç kəsə dəvətnamə verməyəcəm. Ancaq mənə zəng edən sənət dostlarıma dəvətnamə verəcəm. İlk dəvətnaməmi artıq xalq yazıçısı Çingiz Abdullayevə göndərmişəm".

"Mədəniyyət və Turizm nazirimiz Əbülfəz Qarayev mənə zəng edib, konsertdə şəxsən iştirak edəcəyini bildirdi. Bu, mənim məsuliyyətimi daha da artırır", - deyən xalq artisti konsertində yaxın dostlarının iştirak edəcəyinə əmin olduğunu söylədi.
Xalq artisti 4 günlük konsertinin biletlərinin 65%-nin artıq satıldığı haqda məlumat əldə etdiyini qeyd etdi.
Tamaşaçılara 4 günlük unudulmaz şou vəd verən F.Ağayev çox keçmədi ki, özü sürprizlə qarşılaşdı. Dizayner İbonun “Dünyanın sonu”na özəl gün kimi hazırlaşan xalq artistinə maraqlı hədiyyə hazırlamışdı. Fantaziyasını işə salan dizayner çox fərqli şam, fosfor və muncuqlarla bəzənmiş, üstünə "100% F.A." yazılmış şamdan hədiyyə etdi.
Faiq Ağayev tədbirin sonunda yeni çəkdirdiyi "Əlvida" klipini təqdim etdi. Klip hər kəs tərəfindən bəyənildi.

21 dekabr günü dünyanın sonu olmadı, bu haqda əsassız fərziyyələrin sonu oldu. Bununla belə, həmin gün xalq artisti jurnalist dostlarının əhatəsində idi. Onlarla birlikdə “əlvida” deyirdi. Bu gün əsassız fərziyyələrə, dedi-qodulara, mənfi fikirlərə həmişəlik əlvida deyildi...

Geri qayıt