Əsas Səhifə > Sosial, Manşet > BAĞÇA MÜDİRİ DƏ AT OYNADIR

BAĞÇA MÜDİRİ DƏ AT OYNADIR


16-11-2011, 12:07
BAĞÇA MÜDİRİ DƏ AT OYNADIR

MİSİR MƏRDANOVUN SAHƏSİNDƏ TAM DƏRƏBƏYLİKDİR

DİA.AZ: - Azərbaycan Prezidenti doğma ata-baba yurdlarından didərgin salınanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir-birinin ardınca qərarlar qəbul edir, fərmanlar imzalayır.

Çadır şəhərciklərinin ləğv edilərək yerlərində hər cür şəraiti olan qəsəbələrin salınması məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdəndir. Bütün bunlara baxmayaraq, hələ də yarımçıq tikililərdə, yataqxanalarda, uşaq bağçalarında və digər yerlərdə yaşayan məcburi köçkünlərimiz var. Bu ailələrin də rahat mənzillərə köçürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Son vaxtlar bəzi uşaq bağçalarının müdirləri isə məskunlaşmış məcburi köçkünlərə yersiz müdaxilələr edir, onları məskunlaşdıqları yerdən çıxarmaq üçün müxtəlif vasitələrə əl atırlar. Belələri sanki unudurlar ki, məcburi köçkünlərin köçürülməsi dövlət səviyyəsində həyata keçirilir. Onlar yaşayış yeri ilə, evlə təmin olunduqdan sonra məskunlaşdıqları yerdən çıxarıla bilər. Təəssüf edirik ki, Bakının Nizami rayonundakı 113 nömrəli uçaq bağçasının müdiri Flora Həsənova isə bütün bunların heç birinə əhəmiyyət vermir, Prezidentin tapşırıqlarına saymamazlıq göstərərək, 12 ildir uşaq bağçasında məskunlaşmış 6 məcburi köçkün ailəsinin başına oyunlar gətirir, onları bağçadan çıxarmaq üçün min oyuna əl atır. Bu günlərdə Flora Həsənova məcburi köçkünlərin işığını kəsdirib. Uzun çək-çevirdən sonra hər ailəyə 20 manat işıq pulu yazıb. özü də şərt qoyub ki, kim istəyir işıqları yansın, 20 manatı verməlidir. Məcburi köçkünlər isə deyiblər ki, bizim işıq pullarını Dövlət ¸Qaçqınkom" ödəyir. Flora xanım da qəti olaraq bildirib ki, onda işığınızı Dövlətqaçqınkom yandırsınEOnlar 20 manat "işıq pulu"verdikdən sonra işıqları yenidən xəttə qoşulub.

Flora Həsənova məcburi köçkünlərə sudan istifadə etməyi də yasaqlayıb. Xülasə, 113 nömrəli uşaq bağçasında məskunlaşmış məcburi köçkünlər canlarını ermənilərdən bir təhər qurtarsalar da, bağçanın müdiri Flora xanımdan qurtara bilmirlər. Onların arasında şəhid ailəsi olanı da var. Ancaq bütün bunların Flora xanıma heç bir aidiyyəti yoxdur. çünku onun yaxınları və əzizləri Vətən yolunda şəhid olmayıb. Ona görə də hamımız üçün əlçatmaz zirvə olan ŞƏHİDLİK zirvəsi Flora xanım üçün heç bir şeydir.

Ümid edirik ki, Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ¸Dövlətqaçqınkom"un məsul şəxsləri 113 saylı bağçanın müdiri Flora Həsənovaya da Dövlət başçısının məcburi köçkünlərə göstərdiyi dqqət və qayğının mahiyyətini başa salacaqlar.


Geri qayıt