Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI BAŞ HƏKİMİ QORUYA BİLMƏDİ
İCRA BAŞÇISI BAŞ HƏKİMİ QORUYA BİLMƏDİ24-12-2012, 12:11 |
XAÇMAZ XƏSTƏXANASININ BAŞ HƏKİMİ İŞDƏN ATILDI Xaçmaz rayonunun baş həkimi Bəhram Şahverdiyev vəzifəsindən çıxarılıb . Bu barədə Gunxeber.com-a rayondakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin adamı kimi tanınan Bəhram Şahverdiyev 2004-cü ildən baş həkim postunu tuturdu. B.Şahverdiyevin işlədiyi illərdə xəstaxanada rüşvət almaq adi hal alıb. Hətta tibb müəssisəsində “Ana ölümü” də olub. Baş həkimdən narazılıq pik həddə çatsa da, Səhiyyə Nazirliyi belə ona toxuna bilmirmiş. Çünki baş həkimi rayon icra başçısı Şəmsəddin Xanbabayev himayə edib. Nəhayət, bütün narazılıqların fonunda Bəhram Şahverdiyev vəzifəsindən çıxarılıb. Onun yerinə xəstəxanada şöbə müdiri işləyən Səyyaf Tağıyev təyin edilib. Amma qeyri-rəsmi olaraq əsas işləri hələ də B.Şahverdiyev görür. Geri qayıt |