Əsas Səhifə > Partiya > MÜXALİFƏT ELŞAD ABDULLAYEV İŞİNƏ REAKSİYA VERİR

MÜXALİFƏT ELŞAD ABDULLAYEV İŞİNƏ REAKSİYA VERİR


24-12-2012, 13:15
MÜXALİFƏT ELŞAD ABDULLAYEV İŞİNƏ REAKSİYA VERİR
İCTİMAİ PALATADA MÜZAKİRƏ OLACAQ

Dekabrın 25-də saat 12-də Müsavat Partiyasının qərargahında İctimai Palata fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı son videomateriallarla bağlı ictimai müzakirələr keçirəcək.

İctimai Palatadan verilən məlumata görə, dinləmələrdə İP üzvləri ilə yanaşı, hüquqşünaslar, ziyalılar iştirak edəcəklər.
Dinləmələrdə Elşad Abdullayevin yaydığı videoların ictimai rəyə necə təsir etdiyi, cəmiyyətin nədən prosesi susqunluqla seyr etdiyi kimi məsələlərə də toxunulacağı gözlənilir.

Geri qayıt