Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İSLAHAT ÖHDƏLİYİ GÖTÜRÜB
HAKİMİYYƏT İSLAHAT ÖHDƏLİYİ GÖTÜRÜB16-11-2011, 12:26 |
ABİD ŞƏRİFOVUN RƏHBƏRLİK ETDİYİ DÖVLƏT KOMİSSİYASI LƏĞV EDİLİR DİA.AZ: - Uzun müddətdir ki, əslində fövqəladə hallar nazirliyinə alternativ bir struktur kimi mövcudluğunu qoruyub saxlayan Nazirlər Kabinetinin strukturlarından biri - Fövqəladə Hallar üzrə Dövlət komissiyasının ləğv ediləcəyi barədə mətbuatda məlumatlar dolaşsa da, hələ də bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmayıb. Hətta rəsmi Bakı beynəlxalq qurumlardan «struktur islahatları» adı altında aldığı pulları xərclədikdən sonra belə sözügedən qurum mövcudluğunu qorudu. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) iqtidardakı mötəbər mənbələrdən ötürülən məlumatda isə bildirilir ki, nəhayətdə rəsmi Bakı bu yöndə islahatlar aparmaq məcburiyyətində qalıb. Bu barədə danışan mənbə bildirir ki, gələn ilin yanvar ayından mart ayına qədər bir sıra dövlət qurumlarında struktur islahatların həyata keçirilməsi ilə bağlı YAP iqtidarı beynəlxalq qurumlar qarşısında yeni öhdəlik götürüb. Həmin öhdəlikdə ixtisara düşəcək strukturlardan ilki Abid Şərifovun «kantorudur». Bu barədə mənbəmizin söylədikləri: «Paralel olaraq bəzi dövlət qurumlarının birləşdirilməsi ideyaları da mövcuddur. Məsələn, bir müddət əvvəl ortaya iki ideya atıldı. Bunların heç biri təsadüfi deyil. Söhbət «Azenerji» ASC-nin Dövlət Neft Şirkətinə, Dövlət Gömrük Komitəsinin isə Vergilər Nazirliyinə birləşdirilməsindən gedir. Hələlik bu ideyalar QHT rəhbərlərinin təklifi kimi gündəmə daxil edilsə də, əslində bu məsələ də beynəlxalq qurumlarla hakimiyyət arsında müzakirə predmetidir». Mənbəmiz yalnız onu vurğuladı ki, sözügedən qurumların taleyinə hələlik aydınlıq gətirilməsə də, konkret olaraq Abid Şərifovun rəhbərlik etdiyi dövlət komissiyasının məsələsi tam şəkildə həll edilib: «Abid Şərifov yalnız baş nazirin müavini kimi fəaliyyətini qoruyub saxlayacaq». Geri qayıt |