Əsas Səhifə > Sosial, Manşet > HEYDƏR ƏLİYEV MƏRKƏZİ NİYƏ YANIB - ŞOK İZAHAT

HEYDƏR ƏLİYEV MƏRKƏZİ NİYƏ YANIB - ŞOK İZAHAT


25-12-2012, 10:30
HEYDƏR ƏLİYEV MƏRKƏZİ NİYƏ YANIB - ŞOK İZAHAT
«DİA HOLDİNQ»İN ƏMƏKDAŞLARI TİKİNTİNİN SMETASINA «ƏL GƏZDİRİBLƏR»

DİA.AZ: - Redaksiyamıza bu ilin iyul ayının 20-də Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla bağlı çox ilginc faktlar daxil olub. Mötəbər mənbələrin DİA.AZ-a bildirdiyinə görə, əslində baş vermiş hadisə heç də bir çoxlarının iddia etdiyi kimi təxribat olmayıb. Doğrudur, ilk gündən belə bir bahalı projenin nədən texniki qüsurlara uğrayaraq yanğın meydanına çevrilməsi kifayət qədər ciddi şübhələr ortaya çıxardı ki, bunun da nəticəsində təxribat versiyası daha çox ağlabatan göründü.

Amma son əldə etdiyimiz xəbərlər deyilənlərin tamam fərqli nədənlə izahatını ortaya qoymuş olur. Xatırladaq ki, Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla əlaqədar 3 nəfər barəsində həbs qəti imkan tədbiri seçildi.

Respublika Prokurorluğunun mətbuat xidmətinin həmin ərəfədə yaydığı məlumatda deyilirdi ki, cinayət əməllərinə görə “DİA Holdinq” Şirkətinin mühəndisi Kaya Ümit Ruşen İhsan oğlu, “Treysan” firmasının qaynaqçısı Karahan Ömər Şərif Ömər oğlu və “Treysan” firmasının iş icraçısı (iş formeni) Şimşək Vedat Halit oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq müəyyən edib ki, DİA Holdinq” şirkətinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları iyulun 19-u və 20-də mərkəzin muzey hissəsinin tavan örtüyündə panel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarının qarşısının alınmasının təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarını lazımi səviyyədə təşkil etməyib.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, bu ilin may ayının 10-da açılışı həyata keçirilən Heydər Əliyev Mərkəzində baş vermiş yanğının nədəni heç də rəsmi izahatda göstərilən kimi deyil. Bu barədə mənbənin söylədikləri:

«Əslində bütün problemlər Azərbaycanda inşaat sektorunda hökm sürən bir ənənədən qaynaqlanır. Söhbət yerli inşaat firmalarına olan güvənsizlikdən gedir. Halbuki Heydər Əliyev Mərkəzini daha keyfiyyətli şəkildə yerli şirkətlər ərsəyə gətirə bilərdi».

Yanğının nədənlərinə gəlincə isə, bu barədə danışan mənbəmiz bildirdi ki, hər zaman «DİA Holdinq»in və eləcə də əksər Türkiyə şirkətlərinin layihələrində eyni problemlər yaşanıb: «Onlar müştəriyə tikintinin smetasını tutarkən istifadə olunacaq materialların siyahısını və onların təbii ki, markasını da təqdim edirlər. Və əksər hallarda siyahıda təqdim olunan materiallar inşaata zamanı tətbiq olunmur. Yəni, məsələn, hansısa məşhur kabel istehsal edən firmanın məhsulundan istifadə ediləcəyi bildirilir, amma bunun əvəzində daha ucuz kabeldən istifadə olunur. Heydər Əliyev Mərkəzinin inşası zamanı da məhz eyni problem yaranıb ki, nəticədə keyfiyyətsiz kabel mərkəzdə quraşdırılmış ağır elektrik fəaliyyətini daşıma gücündə olmayıb. Bunun da nəticəsində yanğın baş verib».

Geri qayıt