Əsas Səhifə > Güney Press, Araşdırma > ELÇİBƏYİN AİLƏSİ ŞİKAYƏTÇİDİR

ELÇİBƏYİN AİLƏSİ ŞİKAYƏTÇİDİR


25-12-2012, 11:38
ELÇİBƏYİN AİLƏSİ ŞİKAYƏTÇİDİR
QANUNUN İCRASINDA UTANCVERİCİ AYRISEÇKİLİK

Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəyin ailəsi onlara dövlət tərəfindən avtomobil və təhlükəsizlik xidmətinin ayrılmamasından şikayət edib. Bu barədə Modern.az-a mərhum eks-prezidentin qardaşı Almurad Əliyev məlumat verib. O, bildirib ki, eks-prezidentlər haqqında qanun bir neçə ay bundan öncə qüvvəyə minsə də, indiyədək Elçibəyin ailəsinə dövlət tərəfindən avtomobil və təhlükəsizlik xidməti ayrılmayıb. A.Əliyevin sözlərinə görə, Elçibəyin ailəsi bununla bağlı dövlət qurumlarına müraciət edəcək.

“Mən narazılıq edirəm ki, nə üçün Elçibəyin ailəsinə maşın və mühafizəçi ayrılmır? Elə pul verdilər vəssalam? Hələlik gözləyirik. Amma belə getsə, lazımı yerlərə müraciət edəcəyik. Elçibəy ailəsi müavinəti aylıq olaraq alır. Elçibəyin oğlu Ərturqut da işləmir. Gözlərini həmin müavinətə dikiblər”, - deyə Elçibəyim qardaşı narazılığını bildirib.

Xatırladaq ki, cari ilin iyul ayının 21-dən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu qüvvəyə minib. Sözügedən qanunun müvafiq tələbinə əsasən, Əbülfəz Elçibəyin ailəsinə 3750 manat məbləğində aylıq müavinət ayrılıb.

Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında eks-prezidentin ailəsinin şikayətinin əsassız olduğunu bildirib. Millət vəkilinin sözlərinə görə, eks-prezidentlər haqqında qanunun tələbinə uyğun olaraq avtomobil və təhlükəsizlik xidməti hazırda sağ olan keçmiş dövlət başçılarına verilə bilər, bu üstünlüklər Elçibəyin ailəsinə şamil edilmir.

“Qanunvericiliyə uyğun olaraq, Elçibəyin ailəsinə avtomobil və ya təhlükəsizlik xidmətinin ayrılması nəzərdə tutulmayıb. Bu yalnız hazırda sağ olan eks-prezidentlərə şamil edilir. Elçibəyin ailəsi həmin qanunda nəzərdə tutulan məbləğdə təqaüd ala bilər və onun həyat yoldaşına diplomatik pasport verilməlidir. Avtomobil və mühafizəçilərin verilməməsi sırf qanuna uyğun həyata keçirilir”,- deyə deputat bildirib.

Geri qayıt