Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİMİZ HƏBSDƏN ÇIXDI

GƏNC MÜĞƏNNİMİZ HƏBSDƏN ÇIXDI


25-12-2012, 11:51
GƏNC MÜĞƏNNİMİZ HƏBSDƏN ÇIXDI
"AZƏRİ-STAR"IN İŞTİRAKÇISI 4 İL YATDI

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov azadlığa buraxılıb.

Nəzərinizə çatdıraq ki, aktyorun oğlu 2008-ci ilin yanvarında saxlanılıb və Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə 6 il həbs cəzası almışdı. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnmişdi.

Qeyd edək ki, E.Rəhmanov həm də müğənni kimi fəaliyyət göstərib. 2005-ci ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub.

Geri qayıt