Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOVUN ARXASINDAKI İSİM BƏLLİ OLDU
CAVİD QURBANOVUN ARXASINDAKI İSİM BƏLLİ OLDU25-12-2012, 12:11 |
ASC PREZİDENTİNİ KİMLƏR NAZİR POSTUNA QƏDƏR DAŞIMAQ İSTƏYİR? DİA.AZ: - «Nəqliyyat Naziri Ziya Məmmədova qarşı mətbuatda aparılan kampaniyanın sifarişçisi Prezident Administrasiyası, konkret olaraq PA-nın şöbə müdiri Əli Həsənovdur». Bu ilginc xəbəri DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq ötürüb. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin göstərişi ilə həyata keçirilən bu prosesdə başlıca məqsəd Ziya Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasına və onun yerinə «Azəryolservis» ASC-nin prezidenti, millət vəkili Cavid Qurbanovun gətirilməsinə hesablanıb. Mötəbər qaynağın iddia etdikləri: «Cavid Qurbanov PA şefinə yaxın fiqurdur. Ona görə də, əks qütbdə dayananlar davamlı olaraq Cavid Qurbanova qarşı kampaniya aparırlar. Çünki yaxşı bilirlər ki, Ramiz Mehdiyev onu Ziya Məmmədovun yerin hazırlayır». Amma Ziya Məmmədovun prezidentlə yaxın münasibətlərinin olması PA şefinin planlarının icrasını yubatdığından, demək olar ki, sözügeldən müstəvidə yalnız qarşılıqlı kompramat savaşı müşahidə olunur: «Başqa cür ola da bilməz. Amma Ramiz Mehdiyev yerindən silkələnəcəyi təqdirdə, bir çoxları kimi Cavid Qurbanovun da durumu ağır olacaq». [/b] Geri qayıt |