Əsas Səhifə > Güney Press, Araşdırma > BAKININ MƏRKƏZİNDƏ QUMARXANA
BAKININ MƏRKƏZİNDƏ QUMARXANA26-12-2012, 12:10 |
BU İŞDƏN POLİSİN DƏ XƏBƏRİ VAR İMİŞ Bakıda şəhərin mərkəzində, daha doğrusu, Dilarə Əliyeva küçəsi 11-də yerləşən «Randevu Çay Evi»nin adı ilə fəaliyyəti arasında tərs mütənasiblik var. TİA.AZ-a verilən məlumata görə, bu iaşə obyekti qumarxana kimi fəaliyyət göstərir. Sosial şəbəkələrdə bununla bağlı yayılmış məlumatlarda deyilir ki, «Randevu»da əxlaqsız qızlar tərəfindən cavanların tora salındığı iddiaları da yer alıb. Bu barədə verilən məlumatda deyilir ki, çay evinə daxil olarkən 15-ə yaxın qızın səni qarşılamaq üçün pişvazına çıxdığını müşahidə edə bilərsən. Obyektin sahibi isə əslən Naxçıvandan olan biridir və o, bu yolla çörək qazanmağın qəbahət olmadığını deyir. Eyni zamanda, «çay evi» kimi təqdim olunan, əslində isə eyş-işrət üçün nəzərdə tutulmuş bu obyektdə istənilən səviyyədə eyş-işrət qurmaq mümkündür. TİA.AZ-ın əməkdaşları qeyd olunan yerdə olaraq, bəzi müşahidələr də aparıb. Qapının ağzında dayanmış idmançılar (onlar mühafizə işləri ilə məşğul olur) ilk qarşılaşdığın adamlardır. Hərçənd çay evinin mühafizəyə nə kimi ehtiyacı olduğu bizim üçün də müəmmalıdır. Yerin sahibi isə deyir ki, burada baş verənlərdən rayonun polis rəisinin də xəbəri var. Hətta onlara kimsə, «gözün üstə qaşın var» deyən də ola bilməz. Oğlanların tələyə salınmasına gəldikdə isə burada da maraqlı bir oyun qurulub. Belə ki, çay içmək üçün «Randevu»ya gəlmiş oğlan orada əyləşdikdən sonra ona yaxınlaşan qızlardan birini masasına dəvət edərsə, yandı. Çünki həmin qız əyləşən kimi korfe sifariş verir. Axırda hesab gəldikdə isə 150 manat ödəmək məcburiyyəti yaranır. Bu pulu verə bilmədikdə işə idmançılar qarışır və oğlanı məcbur edirlər ki, hesabı ödəsin. Gecələr isə «Randevu» qumarxanaya çevrilir. İmkanı olanlar bu məkana gələrək, şanslarını sınayırlar. Geri qayıt |