Əsas Səhifə > Güney Press, Araşdırma > “BƏŞƏR ƏSƏD GÜNAHKAR DEYİL”
“BƏŞƏR ƏSƏD GÜNAHKAR DEYİL”1-01-2013, 12:57 |
RAZİ NURULLAYEV BMT-Nİ VƏ NATO-NU SUÇLADI DİA.AZ: - "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev BMT və Ərəb Liqasının Suriya üzrə elçisi Laxdar Brahiminin son açıqlamasına reaksiya verib. DİA.AZ-a daxil olan açıqlamanın mətnində deyilir: “BMT və Ərəb Liqasının Suriya üzrə elçisi Laxdar Brahimi deyir ki, "Mən heç vaxt deməmişəm ki, münaqişənin həlli Bəşər əl-Əsədin getməsindədir". Doğru yanaşmadır. Bəşər Əsədin zamanında getməsi problemi həll edə bilərdi. İndi isə, az qala bir il davam edən böhranda Suriya cəmiyyəti parçalanıb, çoxlu sayda silahlı qüvvələr əmələ gəlib, terrorçular Suriyaya ayaq açıb və bir çox dövlətlər oranı hərbi eksperimental poliqona çevirib. Bəli, bu gün Bəşər getsə də, Suriya artıq məhv edilib, yerlə-yeksan olunub və iqtisadiyyatı çöküb. Gərək vaxtında addım atılaydı. Rusiya və Çinin BMT TŞ-da qoyduğu vetoya baxmayaraq, Suriyaya vaxtında müdaxilə üçün tədbirlər görülməli idi. Zaman uzandıqca, Suriya xalqı da artıq bu savaşın azadlıq uğrunda olduğuna inanmayacaq. 50 minə qədər ölən Suriyalının qarşısında yalnız Bəşər Əsəd günahkar deyil, BMT, Ərəb Liqası və NATO-da bir o qədər günahkardır. Əgər bu ölkələr Rusiya və Çinlə bacarmadılarsa, o zaman, bu iki ölkənin dünyanın düzənini müəyyən etdiklərini boyunlarına alsınlar. BMT-nin lazımsız bir quruma çevrilməsinin qarşısının alınması üçün BMT ciddi təşkilatı islahata uğramalıdır. Artıq daha çox ölkənin dəstək verdiyi məsələ həllini tapmalıdır: BMT-nin Təhlükəsizlik Şurası 5 ölkənin monopoliyasından azad edilməlidir. Yer Planetinin taleyini ədalətli həll etmək üçün BMT TŞ-nın 5 üzvü olan ABŞ, İngiltərə, Fransa, Rusiya və Çin dünya ölkələri qarşısında etimadlarını itirib və itirməkdədirlər”. Geri qayıt |