Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVA DANIŞDI
GÜLƏR ƏHMƏDOVA DANIŞDI1-01-2013, 13:21 |
"AİLƏ ÜZVLƏRİMİN HƏR BİRİ EVDƏDİR" Sabiq millət vəkili Gülər Əhmədova evində axtarış aparılıması, ərinin və böyük oğlunun prokurorluğa aparılması ilə bağlı yalılan məlumatlara münasibət bildirib. Sabiq millət vəkili Gunxeber.com-a açıqlamasında yayılan məlumatların yalan və qərəzli olduğunu deyib: “Belə bir xəbərin yayılması həqiqəti əks etdirmir. Bunlar mənə qarşı qərəzli yazılarına görə, məhkəmə qarşısında cavab verəcəklər. Mənim ailə üzvülərimin hər biri evdədir, buyurub onlarla da danışa bilərsiniz”, - G.Əhmədova bildirib. Saytın əməkdaşı daha sonra, G.Əhmədovanın əri və oğulları ilə danışıb. Onlar da hər şeyin normal olduğunu və prokurorluğa aparılmadıqların bildiriblər. Xatırladaq ki, ötən gün Gülər Əhmədovanın evində axtarış aparılması ilə bağlı məlumat yayılmışdı. Məlumatda deyilirdi ki Bakı şəhər Prokuorluğunun evdə axtarış aparan əməkdaşları Gülər Əhmədovanın ərini və böyük oğlunu da özləri ilə aparıblar. Gülər Əhmədovaya yaxın mənbələrdən Musavat.com-a bildirilmişdi ki, sabiq millət vəkilinin həyat yoldaşı və oğlu həqiqətən Bakı şəhər Prokurorluğuna aparılıblar. Onlar şahid kimi ifadə verdikdən sonra sərbəst buraxılıblar. Geri qayıt |