Əsas Səhifə > Şou-biznes > TÜRK MÜĞƏNNİ ÜÇÜN BAYRAM ŞOKU

TÜRK MÜĞƏNNİ ÜÇÜN BAYRAM ŞOKU


1-01-2013, 13:37
TÜRK MÜĞƏNNİ ÜÇÜN BAYRAM ŞOKU
700 İZLƏYİCİ VƏ 1 ŞÜŞƏ PİVƏ

Milli.Az Habertürk-ə istinadən bildirir ki, müğənni Gülşənin dünənki konsertində olay yaşanıb.

Balmumcudakı «Polat» mehmanxanasında Gülşənin konserti üçün biletlər internetlə satılmışdı. İddiaya görə, 300 nəfərlik yerə 700 bilet satılıb.
Gecə tamaşaçılar otelə axın ediblər, amma 300 nəfərlik yer dolunca bayırda qalanlar aranı qarışdırıblar. Bəziləri özlərini içəri salaraq Gülşənə qışqırıb, ünvanına nalayiq sözlər deyiblər, biri isə pivə şüşəsini ona atıb. Bundan sonra müğənni bir müddət səhnəni tərk edib.

30 nəfər isə polisə şikayət edib, 100 türk lirəsi ödəyib, ancaq bayırda qaldığını bildirib. Konsertin təşkilatçısı A.C. dələduzluqda ittiham olunur. Polis araşdırma aparır.

Geri qayıt