Əsas Səhifə > Partiya > FAZİL MUSTAFANI KİMLƏR BEZDİRİB?
FAZİL MUSTAFANI KİMLƏR BEZDİRİB?1-01-2013, 14:43 |
DEPUTAT “FACEBOOK”DA XÜSUSİ STATUS PAYLAŞIB DİA.AZ: - Son günlər ANS telekanalında Şah İsmayıl Xətainin ünvanına söylədiyi bəzi çıxışları səbəbindən hədəfə çevrilən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sosial şəbəkələrdə də günü rahat deyil. DİA.AZ bildirir ki, müxtəlif çevrələrin qınaq obyektinə çevrilən deputat özünün “Facebook” səhifəsində üzərin gələnlərə bir cavab da paylaşıb. Həmin cavabı olduğu kimi diqqətinizə təqdim edirik: “Oqtay Muntezir adlı bir İran ağızlı FB istifadəçisi profilimə şərh yazmış: cənab fazil bəy,sizin dostlarınız burda maşallah sizi yaman tərif edirlər....bir çıxın ətrafa,cəmiyyətin içinə girib baxın insanların münasibəti sizə qarşı necədir...dostlarınız sizi tərif edirsə,bu sizin ideal bir insan olduğunuz anlamına gəlməsin...xəbəriniz yoxdur sizin ki Azərbaycanda necə özünüzə nifrət qazanmısız.öz profilinizdə olan dostlarınızın fikirlərinə baxdınız.indi bütün sosial şəbəkələrdə sizin haqqınızda gedən söz-söhbətlərə baxın...görün neyləmisiz....bu sindromdan necə çıxacaqsız? Bu kimi suallar çox gələ bilər deyə orada verdiyim Cavabı paylaşıram Mən Həsən bəy Zərdabini, Rəsulzadəni, Mİrzə Cəlili söyənlərin nəslinə görə öz tutduğum yoldan dönməliyəmmi? Siz cənub qonşumuzun təbliğat vintciklərinin qarşısında öz millətimin gələcəyi ilə bağlı düşüncələrimdən əl çəkməliyəmmi? Kimlərsə fikirlərimi bölüşməyə bilər, ancaq bölüşən minlərlə insanın haqqını kənara buraxıb necə geri durmamı gözləyirsiniz? Zərdabi "Əkinçi" qəzetinə abunə yazmağa adam tapa bilmirdi, çoxları nifrətlə baxırdı, nə etməliydi, qəzet çıxarmaqdan vaz keçməliydi? Sabirin "Hophopnamə"sini erməni qadınları pul yığıb 1912-də nəşr edirdi, gərək bir sürü cahilin xoşuna gəlmir deyə heç nə yazmayaydı. Bu səhifələrdən çıxıb gedin bizi söyənlərin səhifələrində istədiyiniz qədər söyün! Qazax atalar sözü var. Deyir "Xalq öz qəhrəmanını tanımaya bilər, ancaq qəhrəman öz xalqını mütləq tanımalıdır" Mən qəhrəman olmasam da, öz millətinə sevgisi olan realist bir insan kimi sabahın Azərbaycan xalqını tanıyıram və onun dirçəlişi üçün çalışıram”. Geri qayıt |