Əsas Səhifə > Sosial, Manşet > NAZİM İBRAHİMOV TƏTİLDƏN SONRA GÖRƏVİNİ İTİRİR
NAZİM İBRAHİMOV TƏTİLDƏN SONRA GÖRƏVİNİ İTİRİR2-01-2013, 11:55 |
BƏZİ MƏMURLAR YENİ İL TƏTİLİNDƏN BİRBAŞA VƏZİFƏYƏ QAYIDA BİLMƏYƏCƏK DİA.AZ: - «Hələ tətildə olan bəzi məmurlar dönüşlərində böyük sürprizlərlə qarşılaşa bilərlər». Bu ilginc məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynağımız ötürüb. Mənbənin bildirdiyinə görə, bu ilin əvvəllərinə nəzərdə tutulan hökumət içindəki kadr islahatlarına elə yeni il tətilindən dərhal sonra start veriləcək. Qaynağın iddia etdikləri: «Prezident Administrasiyasındakı kadr islahatları tam başa çatmayıb və davam edəcək. PA rəhbəri Ramiz Mehdiyevin mövqeləri laxladıqca bu dəyişikliklər daha da intensiv xarakter alacaq». Mənbəmiz bildirir ki, eyni zamanda Nazirlər Kabinetinin tərkibində də dəyişiklik gözlənilir: «Əslində bu heyətin prezident seçkilərindən sonra daha çox dəyişikliyə uğrayacağı şübhəsizdir, amma indidən də bir sıra islahat xarakterli addımlar atılacaq. Konkret olaraq NK-nın iki şöbə müdirinin yaş senzi ilə əlaqədar vəzifəsindən alınması nəzərdə tutulub». Mənbəmiz onu da bildirdi ki, ən səs-küylü olay isə Diasporalarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun vəzifəsindən alınması olacaq: «Məlumdur ki, İbrahimov qardaşları neçə müddətdir hədəfdədirlər. Doğrudur, onların «Khazar İslands» layihəsindən uzaqlaşdırılmaları gözlənilmir, amma siyasi potslarını itirəcəklər. Və ada layihəsi başa çatana qədər isə müəyyən müddətlik iqtisadi sferada mövcudluqlarını qoruya biləcəklər ki, bunun da ardından birdəfəlik tənəzzül başlayır». Onu da bildirək ki, Nazim İbrahimov Azərbaycanda Rusiya xəttini yaşadan Ramiz Mehdiyevin komandasına aid fiqurdur. Və Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə bağlı aparılan ikibaşlı oyun zamanı Nazim İbrahimov fəal mövqe tutub. Geri qayıt |