Əsas Səhifə > Şou-biznes > NADİRDƏN DOĞRU XƏBƏR

NADİRDƏN DOĞRU XƏBƏR


19-09-2011, 15:40
NADİRDƏN DOĞRU XƏBƏR

"SİRLƏRİNİZİ HEÇ ZAMAN HEÇ KİMƏ AÇMAYIN”

Populyar müğənni Nadir Qafarzadə "ATV-magazin" verilişinə açıqlamasında həmkarlarına məsləhət verib.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, deyib:

"Sirlərinizi heç zaman heç kimə açmayın. Davranışınıza diqqət edin. Ola bilsin ki, adi insanlar üçün bu, təbiidir. Amma bizim hər addımımız, hər sözümüz yazılır. Daha mən hər yerdə son dərəcə ehtiyatlı olacaq, hətta evimdə belə, sözlərimə diqqət edəcəm".

N.Qafarzadə onu şantaj edən şəxsi tapdığını da söyləyib: "O özü səhvini başa düşərək peşman olub. Evinə getdiyin, çörək kəsdiyin insanlara qarşı belə davranmaq olmaz. İnsana zərbəni həmişə yaxın şəxslər vurur. Odur ki, özünüzü ətrafınızdakılardan qoruyun. Artıq mənim dostum yoxdur. Onlardan canımı qurtarmışam. İndi mənim dostum yalnız ailəmdir. İnsanlara inamımı o qədər itirmişəm ki, hətta öz evimdə bəzi şeyləri özümə qadağan etmişəm".


Geri qayıt