Əsas Səhifə > Dünya > GÜRCÜSTANDA DİPLOMATİK BÖHRAN

GÜRCÜSTANDA DİPLOMATİK BÖHRAN


5-01-2013, 13:30
GÜRCÜSTANDA DİPLOMATİK BÖHRAN
18 ÖLKƏDƏKİ SƏFİRLƏR İŞSİZ QALDI

Gürcüstanın 18 ölkədəki səfirləri fəaliyyətlərini dayandırıblar.

APA-nın məlumatına əsasən, bu siyahıda ölkənin Çexiya, Böyük Britaniya, Belçika, Lüksemburq, o cümlədən ölkənin Avropa Birliyindəki səfiri də var.

Gürcüstanın Avropa Birliyindəki səfiri Salome Samadaşvili bildirib ki, o vəzifədən getmək barədə sənəd imzalamayıb. Samodaşvili onun Sakaşvilinin partiyası olan “Vahid Mili Hərəkat Partiyasının” maraqlarına xidmət etməsi ilə bağlı iddiaları əsasız hesab edib.

Qeyd edək ki, Gürcüstandakı hazırkı hökumət də səfirlərin istefasının siyasi motivlərlə əlaqədar olması xəbərini təkzib ediblər.

Geri qayıt