Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CƏLİLABADDAN PREZİDENTƏ MÜRACİƏT OLUNDU
CƏLİLABADDAN PREZİDENTƏ MÜRACİƏT OLUNDU7-01-2013, 08:47 |
BƏLƏDİYYƏ SƏDRİ GƏNC YAZARA QARŞI Cəlilabad rayonu haqqında ən çox şikayət edilən rayonlardan biridir. Son bir neçə ayda bu rayondan təkcə bizim saytımıza onlarla şikayət məktubu göndərilib. Onlardan biri də dünən saytımızın e-mail ünvanına daxil olub. Cəlilabad rayon Muğan kənd sakinləri adından yazılan şikayət məktubunda bildirilir ki, kəndin bələdiyyə sədri Eldəniz Novruzov və onun yaxın əlaltısı Həsən Fətullayev tərəfindən onlara olmazın zülmləri edilir. Kənd sakini, yazar Vasif Əlihüseyn yazır ki, kənddəki haqsızlıqları www.azpress.azsaytındaki şəxsi səhifəsində işıqlandırdığı üçün dekabrın 3-ü Həsən Fətullayev onu məhkəməyə verib və 10 min manat təzminat davası açıb: “Hər iki şəxsin bizim kənd sakinlərinə etdikləri bu haqqsızlıqlara görə, kənd ağsaqqalları cənab prezident İlham Əliyevə müraciət etdilər”. Məktub müəllifi yazır ki, ötən il dekabrın 18-i ilk məhkəməsi oldu və məhkəmə gününə bir həftə qalmış kənd ağsaqqallarının prezidentə müraciətindən sonra Eldəniz Novruzov vəzifəsindən uzaqlaşdırıldı: “Həsən Fətullayev məni iddiada “müxalifətçi” adlandıraraq, mənim bizim ölkədə keçirilən seçkilərə şübhə ilə yanaşdığımı deyir. Mən bunu bloqdakı yazımda da yazmışam. Mən “müxalifətçi” deyiləm və mən ölkəmizdə keçirilən seçkilərə yox, bizim kəndə keçirilən bələdiyyə seçkilərinin saxta olduğuna əminliklə inanıram. Bunu nəinki mən, bütün kənd sakinləri təsdiq edir. Həsən Fətullayev özü “cəbhəçidi” və bunu kənd ağsaqqlıarı deyir. Bəli, bizim kəndə bələdiyyə seçkiləri keçirilmir və bu vəzifəyə adı çəkilən şəxslər göstərişlə yiyələnir. Necə ki, bizə olmazın zülmün edən Eldəniz Novruzov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra dekabrın ortalarından Həsən Fətullayev bu vəzifəyə yiyələndi”. Daha sonra şkayət müəllifi Həsən Ftullayevə sual verir: “Səni kim seçdi?” Müəllif yazır ki. Həsən Fətullayev kəndə hara çatır deyir ki, Vasif Əlihüseynin 10 min manat pulunu alacam, universitetdən qovduracam, işdən qovduracam, onu qoymayacam yaşamağa: “Mən özüm Bakı şəhərində yaşamağıma baxmayaraq, valideynlərim, nənəm-babam hamısı kəndə yaşayır. Bu saat mənim valideynlərim qorxu içində yaşayır. Atam ikinci qrup əlildi. Mənim valideynlərimə nəsə olsa, təbii ki, bunun səbəbkarı H.Fətullayev və E.Novruzov olacaq”. V.Əlihüseynin sözlərinə görə, babası və atası H.Fətullayevin qapısına gedib xahiş ediblər ki, məhkəmə iddiasından imtina etsin, lakin o, bu xahişə də məhəl qoymayıb. Qeyd edək ki, yanvarın 28-i Vasif Əlihüseynin məhkəməsidir. Nəzərinizə çatdıraq ki, Vasif Əlihüseyn Moskva Sosial Dövlət Universitetini bitirib. Bakı Slavyan universitetinin yaradıcılıq fakulitəsinin ikinci kurs tələbəsidir. “Ayrılığın rəngi” adlı şeirlər kitabının müəllifidir. Geri qayıt |