Əsas Səhifə > Sosial, Manşet > ATV-NİN RƏHBƏRLİYİ CİDDİ ŞƏKİLDƏ TƏNBEH OLUNDU

ATV-NİN RƏHBƏRLİYİ CİDDİ ŞƏKİLDƏ TƏNBEH OLUNDU


7-01-2013, 09:58
ATV-NİN RƏHBƏRLİYİ CİDDİ ŞƏKİLDƏ TƏNBEH OLUNDU
VÜQAR QARADAĞLI QALMAQALLI YARIŞMANI DURDURMAQ ZORUNDADIR

DİA.AZ: - Keçən şənbə günü ATV kanalında baş verən məlum qalmaqallı olay bir çoxlarına baha başa oturub. Bu barədə DİA.AZ-a məlumatlı şəxs xəbər verib. Xatırladaq ki, "Azad Azərbaycan Televiziyası"nda (ATV) yayımlanan “Şərq Ulduzu” mahnı müsabiqəsinin yanvarın 5-də canlı yayımında maraqlı olay yaşanıb.

Belə ki, müsabiqənin iştirakçılarından biri, əslən Naxçıvandan olan Rahim Əsgərzadə səs toplamaq üçün Prezidentin Administrasiyasının rəhbri Ramiz Mehdiyevdən və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan «sms» göndərmələrini istəyib.

Mənbəmiz bildirir ki, yarış iştirakçılarından birinin yüksək ranqlı məmurların adını efirdə çəkməsi və onlardan «sms» gözlədiyini bəyan etməsi ATV kanalının rəhbəri üçün arzuolunmaz situasiya yaradıb. Mənbəmiz bildirir: «Hətta Vüqar Qaradağlıya Prezident Administrasiyasından zəng edilib və o, ciddi şəkildə tənbeh olunub. Vəziyyət o həddə çatıb ki, «Şərq Ulduzu» yarışması bundan sonra dayandırıla da bilər».

Geri qayıt