Əsas Səhifə > Hadisə > GÜLƏR ƏHMƏDOVANIN SƏHHƏTİNDƏ YENİDƏN PROBLEMLƏR YARANIB
GÜLƏR ƏHMƏDOVANIN SƏHHƏTİNDƏ YENİDƏN PROBLEMLƏR YARANIB7-01-2013, 15:05 |
KEÇMİŞ DEPUTATIN SƏHHƏTİ TƏHLÜKƏDƏ Keçmiş millət vəkili Gülər Əhmədovanın səhhətində yenidən problemlər yaranıb. Bu barədə APA-ya açıqlama verən G. Əhmədova bildirib ki, hazırda evdə müayinə altındadır: “Ürək ağrılarından əziyyət çəkirəm. Eyni zamanda beyindaxili qan dövranında da problemlər var”. G. Əhmədova istintaqın gedişatı ilə bağlı hələlik hər-hansı bir yeniliyin olmadığını bildirib: “İstintaq gedir və hələlik heç bir yenilik yoxdur”. G. Əhmədova bir müddət əvvəl dünyasını dəyişən Sevinc Babayevanın oğlunun onun barəsində səsləndirdiyi ittihamlara da cavab verib: “Mən onunla polemikaya girmək istəmirəm. Çünki nə mənim səviyyəm, nədə ki mənim yaşım buna yol vermir. Onunla vəkilim məşğul olur”. G. Əhmədova vəkil tutduğunu bildirsə də, onun adını açıqlamayıb: “Vəkilimin mətbuatda adının hallanmasını istəmirəm”. Geri qayıt |