Əsas Səhifə > Partiya > RAZİ NURULLAYEVİN SƏHHƏTİ YAXŞILAŞIR
RAZİ NURULLAYEVİN SƏHHƏTİ YAXŞILAŞIR7-01-2013, 15:08 |
BÜTÜN TƏHLÜKƏ GERİDƏ QALIB «Yanvarın 5-də həyat yoldaşıyla birgə avtomobil qəzasına düşən AXCP sədrinin müavini Razi Nurullayevin səhhəti yaxşılaşır». Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. Həmçinin bəzi internet saytlarda Razi Nurullayevlə həyat yoldaşının vəziyyətinin ağır olduğu haqda yazılanların həqiqət olmadığını da qeyd edib: «Razi Nurullayevin səhhəti yaxşılaşır. Demək olar ki, bütün təhlükələr geridə qalıb. R. Nurullayevin həyat yoldaşı Könül Nurullayevanın də vəziyyəti yaxşılaşır. Onların hər ikisinin bədənində çoxlu sayda sınıqlar var. Onların evə nə vaxt buraxılacağı bilinmir. Hələ ki, həkim nəzarətindədirlər». AXCP sədrinin müavini Razi Nurullayev yanvarın 5-i yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəzada müxtəlif xəsarətlər alan Razi Nurullayevlə həyat yoldaşı 1 saylı şəhər xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdiriliblər. Geri qayıt |