Əsas Səhifə > Sosial, Manşet > OLİQARXLARIN BAYIL BAZARI UĞRUNDA DAVASI
OLİQARXLARIN BAYIL BAZARI UĞRUNDA DAVASI17-11-2011, 12:02 |
RÖVNƏQ ABDULLAYEVLƏ HACIBALA ABUTALIBOV TOQQUŞDU DİA.AZ: - Son zamanlar ölkə paytaxtının yenidən qurulması prosesi getdiyindən Bakıda hər gün şahidi olduğumuz yeniliklərin özü belə kimsənin təəccübünə səbəb olmur. Yəni artıq paytaxt sakinləri hətta günlərin birində öz yaşadıqları mənzillərin belə plana düşməsinə bir növ adət etdiyindən, bu baxımdan hər kəs sanki səksəkəli həyat yaşamaqdadır. Bayıl isə tam tikinti meydançasıdır. Artıq iki gündür bu qəsəbənin sakinləri evlərinə getməyə yol da tapmırlar. Hər iki giriş yolu başlanıb. Sakinlər hətta rəsmi dairələrin bu addımını yumor hissi ilə qarşılayırlar: Hökumət yolları bağlayıb, əcəb edib, hərəyə bir cüt də qanad versinlər ki, işə gedib-gələ bilək. Bir sözlə, artıq Bayıl sakinləri bütün növ dəyişikliklərə vərdiş edilmiş duruma salınıb. Növbəti dəyişiklik isə Səbayel rayonun ərazsində baş verə bilər. «Dünya» İnformasiya Agentliyi redaksiyasına məlumat verən Səbayel rayonu Bayıl qəsəbəsində yerləşən və «Bayıl» bazarı kimi tanınan keçmiş 3 saylı kolxoz bazarının işçilərindən birinin sözlərinə görə, artıq onların da çalışdığı məkan plana düşüb. Bildirək ki, hal-hazırda sözügedən ərazidə fəaliyyət göstərən bazar əsasən Bayıl və 20-ci sahəd yaşayanların alış-veriş yeri kimi tanınmaqdadır və bu ticarət mərkəzində təxminən 500-ə yaxın işçi çalışaraq ailəsinin dolanışığını təmin etməkdədir. Şikayətçinin sözlərinə görə, artıq Səbayel rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən onlara çalışdıqları iş yerlərinin plana düşməsi haqda məlumatlar verilib və yaxın bir ay ərzində həmin bazarın söküləcəyi bildirilir. Bazarın bundan sonra hansı ərazidə fəaliyyət göstərəcəyinə gəlincə isə, bu barədə danışan şikayətçi söylədi ki, artıq bir aydır, ARDNŞ-ın ərazisi hesab olunan əhali arasında «Akapen» kimi tanınan yerdəki gölməçə qurudulmaqdadır və çox ehtimal Bayıl bazarı da həmin əraziyə köçürüləcək. Bizimlə söhbətində şikayətçi sözügedən ərazinin bazar üçün əlverişsiz olduğunu vurğulamaqla yanaşı, onu da bildirdi ki, hələ bunlar bir yana, ümumiyyətlə, bir ay işləmələrinə baxmayaraq köhnə neft gölməçəsini qurutmaq mümkün olmur: «Ora maşın-maşın torpaq daşıyırlar, amma neft gölməçəsi daşınıb gətirilən torpağı elə udur ki, oraya torpağın tökülüb-tökülmədiyini müəyyən etmək olmur». Onu da bildirək ki, «Bayıl» bazarının ARDNŞ-ə məxsus «Akapen» deyilən əraziyə köçürülməsi nəzərdə tutulsa da, bu baş tutmaya bilər. Artıq bu istiqamətdə çox ciddi məlumatlar almışıq. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərindən belə məlum olur ki, burada əsas maneə rolunda çıxış edəni ARDNŞ prezidenti Rövnəq Abdullayevin bir neçə gün öncə verdiyi bəyanatdır. Xatırladaq ki, üç gün əvvəl Rövnəq Abdullayev qanunsuz tikililərin sənədləşdirilməsi prosesinə münasibət bildirərkən bəyan etmişdi ki, ARDNŞ-nin ərazisində ev tikərək yaşayan sakinlər sevinməyə tələsməsinlər. Çünki yeni qanun ARDNŞ-nin balansında tikilən evlərə şamil olunmayacaq. Bu barədə danışan baş neftçi onu da bildirib ki, son günlər ARDNŞ-ə məxsus torpaq sahələrində kütləvi şəkildə inşaat işlərinin həyata keçirildiyi haqda siqnallar alırlar və onların əməkdaşları davamlı olaraq reydə çıxaraq həmin tikinti işlərinin qarşısını almaqla məşğuldurlar: «O ki qaldı ARDNŞ-nin balansında olan torpaqlarda tikilmiş evlərin qanuniləşdirilməsinə, buna ümid etməyə dəyməz». Məlumatlı mənbələr bildirir ki, belə bir bəyanatla çıxış edən Rövnəq Abdullayev indi də «Bayıl» bazarının ARDNŞ-ə məxsus olan «Akapen» adlanan əraziyə köçürülməsinə qarşı sərt formada çıxış edib: «Hətta bu məsələ ilə bağlı Rövnəq Abdullayev həm Bakışəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və həm də Səbayel İH başçısına xəbərdarlıq da ünvanlayıb». Mənbə bildirir ki, «Bayıl» bazarının qeyd olunan ünvana köçürülməsi əslində, şəhərin baş planında yoxdur və bu qərarın özü belə müvəqqəti xarakter daşıyır: «Bakı şəhər İH başçısının yuxarılarla əldə etdiyi anlaşmaya görə, bazar müəyyən müddətə «Akapen»ə köçürülür və sonra Bibiheybət ərazisində daha böyük bazarın inşasına start verilir». Amma Rövnəq Abdullayev hətta bu müvəqqəti qərarla belə razı deyil. Mənbənin sözlərinə görə, ARDNŞ prezidenti sözügedən ərazidə neftçilər üçün şəhərciyin salınmasını planlaşdırır: «Həmin şəhərcik hətta baş plana da daxil edilib. Şəhərciyin inşa işlərinə isə bu ilin sonlarından start verilməlidir». Geri qayıt |