Əsas Səhifə > Partiya > HAKİMİYYƏT GERİ ÇƏKİLİR?

HAKİMİYYƏT GERİ ÇƏKİLİR?


19-09-2011, 15:48
HAKİMİYYƏT GERİ ÇƏKİLİR?

DÜKAN SAHİBLƏRİ İDDİALARINI GERİ GÖTÜRDÜLƏR

Sentyabrın 19-da 2 aprel məhbuslarından Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı və Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Məhkəmədə şahid kimi dindirilən Yasamal rayon Polis İdarəsinin əməkdaşı 2 aprel aksiyasında ayağından xəsarət aldığını, amma ittiham olunanların heç birini həmin gün görmədiyini bildirib.

Daha sonra aksiyada şüşələrinin sındırıldığını iddia edən 2 mağaza sahibinin nümayəndələri dindiriliblər. Onlar deyiblər ki, şüşələrini kimin sındırdığını görməyiblər. Şikayətlərinin ittiham olunanlara qarşı olmadığını bildirib, şikayət ərizələrini geri götürüblər.

Proses davam edir.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.


Geri qayıt