Əsas Səhifə > Sosial, Manşet > PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ TƏXRİBATLAR
PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ TƏXRİBATLAR9-01-2013, 09:16 |
FARS-MOLLA REJİMİ AZƏRBAYCANDA VƏZİYYƏTİ QARIŞDIRMAĞA ÇALIŞIR DİA.AZ: - Qarşıdan gələn prezident seçkilərində yerli siyasi qüvvələrlə yanaşı, həm də Azərbaycanda marağı olan kənar güclərin də fəallaşması sıradan bir gələnək halına çevrilib. Elə bunun nəticəsidir ki, son günlər Rusiya və İran istiqamətindən ölkəmizə qarşı basqılar intensiv xarakter almaqdadır. Bir yandan da Cənubi Qafqaz maraqlarını qorumağa çalışan Qərb dairələri də Azərbaycandakı mövqelərini mühafizəsi naminə prosesləri nəzarətdə saxlamağa çalışırlar. DİA.AZ-a bu barədə danışan mötəbər mənbə isə rəsmi Tehranın Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə bağlı bəzi planlarının olmasından danışdı. Mənbəmiz iddia edir ki, bu il əgər ABŞ-İran münasibətlərində hətta ötəri də olsa, yumşalma, vəziyyətin stabilləşməsi şəraiti yaranacaqsa, o zaman İran Azərbaycanda xüsusi şəkildə fəallıq nümayiş etdirəcək. Mötəbər qaynağımız hətta iddia edir ki, İrana aid xüsusi xidmət orqanları hətta prezident seçkiləri öncəsində Bakıda müxtəlif təxribat planlarının da icrasına maraq göstərəcəklər: «Amma əsas olanı fars-molla rejiminin Azərbaycandakı seçkilərə müdaxilə niyyətiylə bağlıdır. Onlar hətta seçkilərdə iştirak edə bilməsi üçün namizəd də hazırlayırlar və may ayına qədər həmin namizədlərini elan edəcəklər». Məlumata görə, İranın Azərbaycanda islam inqilabı projesinin tərkib hissəsi kimi diqqətə gələn bu proses üçün külli miqdarda vəsait də ayrılıb: «Təbii ki, seçkilər bir bəhanədir və bu gün rəsmi Tehran Azərbaycanda vəziyyəti bacardığı qədərində qarışdırmaqda daha çox maraqlıdır. İranın Azərbaycanda islami dəyərləri qoruma, bu maraqdan çıxış etmə haqda deyilənlərə isə yəqin ki, kimsə inanmır, elə Tehranda oturanların özləri də». Geri qayıt |