Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AVROPA İTTİFAQINDAN SEÇKİ MESAJI

AVROPA İTTİFAQINDAN SEÇKİ MESAJI


9-01-2013, 09:06
AVROPA İTTİFAQINDAN SEÇKİ MESAJI
ROMPEY SEÇKİNİN DEMOKRATİK KEÇƏCƏYİNƏ İNANIR

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey bu il keçiriləcək prezident seçkisinin Azərbaycanın tarixində ən ədalətli və şəffaf şəkildə təşkil olunacağına əminliyini bildirib. Brüsseldə Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərovun etimadnaməsini qəbul edən Herman van Rompey prezident İlham Əliyevin 2012-ci il dekabrın 26-da 87 məhbusu əfv etməsini alqışlayıb.

AzərTAc-ın məlumatına görə, yanvarın 8-də keçirilən görüşdə səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hazırkı vəziyyətin çox təhlükəli olduğunu və onun bütöv region üçün daşıdığı təhdid amillərini xüsusi vurğulayıb.

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın Avropada formalaşan imicinin siyasi və iqtisadi islahatların davam etdirilməsi ilə daha da güclənəcəyinə əmin olduğunu bildirib.

Herman van Rompey Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun qəbuledilməz olduğunu deyib.

Geri qayıt