Əsas Səhifə > Güney Press, Araşdırma > İSA QƏMBƏRİN REVANŞI

İSA QƏMBƏRİN REVANŞI


9-01-2013, 09:11
İSA QƏMBƏRİN REVANŞI
MÜSAVAT BAŞQANI SEÇKİYƏ NƏYNƏN GEDİR?

Yeni il ərəfəsində Müsavat Partiyasının sədri İsa Qəmbərin tərəfdarları oktyabrda keçiriləcək seçkilərdə onun prezidentliyə namizədliyini irəli sürdülər. Bunun təkcə partiya üzvlərinin iradəsi olduğunu demək olmaz. İsa Qəmbər oktyabrdan bəyanatlar verirdi ki, namizədliyini vermək və 2003-cü ilin oktyabrında əlindən alınan qələbəni qaytarmaq qərarına gəlib.

Çox az adam şübhə edir ki, İsa Qəmbər o vaxt daha çox səs toplayaraq, ən yaxın rəqibi olan indiki prezident İlham Əliyevi xeyli qabaqlamışdı.

15 oktyabr 2003-cü ildə ADAM Sosial Araşdırmalar Mərkəzinin ABŞ Demokratiyaya Dəstək Fondunun (National Endowment For Democracy - NED) yardımı ilə keçirdiyi sorğuya (exit-рoll) əsasən, seçkidə iştirak edən respondentlərin 46,2%-i İsa Qəmbərə, 24,1%-i İlham Əliyevə səs verib. Sorğu 200 seçki məntəqəsində 2414 seçici arasında, o cümlədən Bakı, Sumqayıt, Şamaxı, Şəki, Quba, Xaçmaz, Lənkəran, Masallı, Kürdəmir, Göyçay, Gəncə, Mingəçevir, Tovuz, Qazax şəhər və rayonlarında keçirilib. Seçki məntəqələrində təsadüfi seçim metodu ilə hər üçüncü seçicidən rəy alınıb. Maksimal statistik səhv ehtimalı, +/- 2 faiz, həqiqilik dərəcəsi 95,5% olub.

Nə qədər saxtakarlığa yol versə də, MSK belə İsa Qəmbərin 8 namizəd arasında İlham Əliyevdən sonra ikinciliyini etiraf edib.

Beynəlxalq müşahidəçilər bu seçkiləri «Azərbaycanda demokratiyanı bərqərar etmək üçün itirilən şans» kimi qiymətləndirdi. Şərqi Avropa Demokratiya İnstitutunu (IDEE) təmsil edən DİHB/ATƏT müşahidə missiyasının 188 üzvü Azərbaycanda prezident seçkilərinin yekunu üzrə Xüsusi rəy hazırladılar. Orada deyilirdi ki, 15 oktyabr 2003-cü ildə Azərbaycanda baş verənləri seçki adlandırmaq olmaz və bunun üçün başqa termindən istifadə edilməlidir.

Bu yaxınlarda KİV və sosial şəbəkələrdə 2003-cü ildə oğurlanan qələbə barədə polemika qızışdı. Ona keçmiş siyasi məhbus, bloger Emin Milli ton verdi. İsa Qəmbər ona səs verən seçicilərin maraqlarını qorumaq qabiliyyətinin olmamasında ittiham edildi. Prezidentliyə keçmiş və indiki namizədə hörmət gətirəcək məsələdir ki, o çoxplanlı söhbətdən qaçmadı, inamla polemikaya qoşuldu, bütün “i”lərə nöqtə qoydu, eyni zamanda, diplomatik şəkildə doqquz il əvvəlki hadisələrin gizlin tərəflərini əks etdirən bucaqlardan yan keçdi. O vaxt seçkilərin taleyi 15 oktyabra qədər həll edilmişdi və ciddi amillərlə şərtlənirdi: Azərbaycan cəmiyyətinin özündə təhlükəli vətəndaş qarşıdurmasına səbəb olacaq ciddi fikir ayrılığı, neft şirkətlərinin sabit neft hasilatını təmin etmək arzusu, ABŞ və Aİ-nin Azərbaycan cəmiyyətini modernləşdirmək planları. Üstəlik, Rusiya öz çənəsi altında 1993-cü ildə RF qoşunlarını ölkədən çıxarmağa nail olan və postsovet inteqrasiya proseslərini arzulamayan rejimin olmasını istəmirdi.

Bu səbəbdən zaman İlham Əliyevi irəli itələdi və o, geniş korrupsiya, insan haqları və azadlıqlarının pozulması kimi mənfiliklərlə birgə Azərbaycanın bütün Qərb layihələrində (enerji, hərbi, siyasi, iqtisadi) iştirakını təmin etdi, ən başlıcası, istər-istəməz, Azərbaycan cəmiyyətinin dəyişikliklər zərurəti və demokratik inkişaf yolunun alternativsizliyinin anlamasını təmin etdi. Bir sözlə, qarşıdan gələn seçkilər ərəfəsində Əliyev öz hərəkətləri ilə Avropa dəyərlərini bəyan edən cəmiyyəti keçmişdə uduzması ilə nəticələnən tərəddüdlərdən qurtarır.

İsa Qəmbərin belə tələsik və inamlı bəyanatı ölkə daxilindəki bu vəziyyətlə, 2003-cü ildə ölkənin inkişaf vektorunu müəyyən edən güclərin ovqatının dəyişməsi ilə bağlıdır. Əliyev hələ səslərin sayılması başa çatmamış təbrik etməklə ona dəstək verən müttəfiqlərinin hamısını itirib. Dövlət katibinin keçmiş müavini Armitacla, prezident Putinlə, baş nazir Ərdoğanla münasibətlər soyuyub. Artan narazılıq, keçmiş tərəfdaşların təzyiqləri təkcə dekorasiyaların yox, Azərbaycan rəsmi isteblişmentinin aparıcı personajlarının dəyişməsi arzusundan xəbər verir.

İsa Qəmbərin yekun seçim olduğunu demək olmaz. Son seçimi Azərbaycan xalqı edəcək. Amma İsa Qəmbərin SSRİ dağılandan ən sabit və prinsipial Azərbaycan siyasətçisi olduğunu sezməmək olmaz. 1992-ci ilin mayında hakimiyyət dəyişikliyi zamanı, dövlətə o, başçılıq etdi, hakimiyyətin demokratik qüvvələrin Kremlin postsovet hərbi-siyasi layihələrindən məsafə saxlamaq və Qərb camiəsi ilə kooperasiya kursunu davam etdirən Heydər Əliyevə qansız verilməsini o təmin etdi.

İsa Qəmbərin və müxalifətçilərin azsaylı dəstəsinin xidməti o oldu ki, alınmaz azadlıq qalasını qorudular. Bu isə neft və dolların ucuz qoxusundan başı dumanlanan cəmiyyətin axıracan deqradasiya olunmasına imkan vermədi.

İndi avtoritar rejimlərin dəyişdirilməsi, informasiya texnologiyalarının, sosial şəbəkələrin inkişafı, hakimiyyətlərin cinayətlərinin ifşası, həyat səviyyəsindən narazılıq yeni zəmin yaradıb və İsa Qəmbər 2003-cü ildə əlindən alınan qələbəyə görə revanş qərarı verəndə bunu nəzərə alıb.

Turan Analitik Xidməti

Geri qayıt