Əsas Səhifə > Güney Press, Araşdırma > MTN ELÇİN NAMAZOVU HƏDƏFƏ ALIB?
MTN ELÇİN NAMAZOVU HƏDƏFƏ ALIB?9-01-2013, 09:22 |
VƏKİL HƏYƏCAN TƏBİLİ ÇALDI Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun (HAMİ) rəhbəri Elçin Namazov təhlükə ilə üzləşib. Bu barədə FaktXeber.com-a məlumatı HAMİ rəhbəri özü verib. E.Namazov bildirib ki, 8 yanvar 2013-cü ildə - Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev barədə Baş Prokurorluğa müraciət edən barədə mətbuatda məlumat verildikdən az sonra Milli Təhlükəsizlik Nazirliyi onun barəsində əməliyyata başlayıb: “Həmin gün MTN əməkdaşları HAMİ-nin aparıcı üzvlərindən birinə zəng edərək görüşə dəvət ediblər. Görüşdə MTN-nin 3 əməkdaşı iştirak edib. HAMİ üzvünə təklif olunub ki, mənim əleyhimə hazırlanan əməliyyatda iştirak etsin. Əməliyyat barədə HAMİ üzvünə deyiblər ki, sən Elçin Namazovla birgə rüşvət aldığın barədə bizə məlumat verəcəksən, biz də sənə toxunmayıb onu həbs edəcəyik. Üzvümüz təklifdən imtina edərək, bu barədə mənə məlumat verəcəyini bildirib. Bundan sonra ona bu “əməkdaşlığın” qarşılığında avtomobil verəcəklərini bildiriblər. Lakin o razılaşmayıb. Bundan sonra danışıqlar iyrənc formaya keçib. Hələlik bunu açıqlamaq istəmirik”. E.Namazov bildirib ki, əməliyyatı icra edən şəxsin kimliyi ona məlumdur: “Bu şəxsin kimliyi bütün detalları ilə bizə məlumdur. Hələlik yalnız onu açıqlamaq istəyirəm ki, həmin şəxs icra başçılarından birinin qardaşı oğlu, həmçinin nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur”. HAMİ rəhbəri qeyd edib ki, əməliyyatın Ramiz Mehdiyev barədə edilən müraciətə görə hazırlanmasını MTN işçilərini özləri deyiblər: “Onlar təklifin qəbul ediləcəyinə əmin olduqlarından bütün detalları danışıblar. Çünki təklif gətirən MTN işçisi üzvümüzün qohumudur. Onlar deyiblər ki, Ramiz müəllimdən şikayət etmək nədir, göstərəcəyik”. E.Namazov həmçinin bildirib ki, MTN-nin onun barəsində əməliyyata hazırlaşmasına dair başqa məlumatları da var: “Hazırda bu məlumatları dəqiqləşdirirəm və yaxın günlərdə bu barədə ictimaiyyətə dolğun məlumat verəcəm”. Geri qayıt |