Əsas Səhifə > Partiya > PARTİYA SƏDRİLƏ BAĞLI BƏYANAT YAYILDI

PARTİYA SƏDRİLƏ BAĞLI BƏYANAT YAYILDI


9-01-2013, 09:40
PARTİYA SƏDRİLƏ BAĞLI BƏYANAT YAYILDI
SƏMƏDOVUN SƏHHƏTİNDƏ PROBLEM VAR

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi (DEVAMM) Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədovun sağlıq durumu barədə narahatedici xəbərlər yayıldığını bəyan edib: “Vəziyyəti pisləşdirən amil odur ki, Mövsüm Səmədovun vəkilinə heç bir məlumat verilmir. Yaxınlarının verdiyi məlumata görə, son bir ayda Mövsüm Səmədovun ürəyinin arxa damarlarında qan çatışmazlığı yaranıb. DEVAMM olaraq Hacı Mövsümün sağlamlığı ilə bağlı yaranmış vəziyyətdən dərin narahatlığımızı ifadə edirik. Nəzərə çatdırırıq ki, azadlıqdan məhrum olan bir insan kimi Hacı Mövsümün sağlamlığı ilə bağlı bütün məsələlərə hökumət cavabdehlik daşıyır.

Biz Hacı Mövsümün səhhəti ilə bağlı təxirəsalınmaz addımlar atmaq, o cümlədən neytral və obyektiv tibb komissiyası təşkil etmək, yetərli diaqnostik hərəkətlər həyata keçirmək, etimad doğuran yerlərdə tibbi prosedurlara başlamaq üçün əlaqədar qurumlar qarşısında məsələ qaldırırıq. Hacı Mövsüm Səmədov vicdan məhbusudur. Bu baxımdan onun barəsində hər hansı diqqətsizlik xüsusilə mənfi dəyərləndirilir”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Partiya lideri 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

Geri qayıt