Əsas Səhifə > Dünya > AMERİKA ERMƏNİSTANI AC QOYA BİLƏR

AMERİKA ERMƏNİSTANI AC QOYA BİLƏR


9-01-2013, 10:37
AMERİKA ERMƏNİSTANI AC QOYA BİLƏR
AĞ EV YARDIMI AZALDIB

Ötən ilin yanvar-noyabr aylarında Ermənistan 55,9 mln. dollar humanitar yardım alıb.

APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, 2011-ci ilin analoji dövrü ilə müqayisədə humanitar yardımın həcmi 2,9% və ya 2,5 mln. dollar azalıb.

Ermənistana ABŞ-dan göstərilən humanitar yardımın həcmi kəskin azalıb: 2011-ci ildə 21,1 mln. dollar təşkil edən bu göstərici 2012-ci ildə 12,4 mln. dollara enib. Avropa Birliyi Ermənistana 12 mln. dollar humanitar yardım edib ki, bu da 2011-ci illə müqayisədə 13,4% çoxdur.

Humanitar yardımın həcmi əsasən tibbi ləvazimatların azalması səbəbindən enib – 2011-ci ildə 22,4 mln. dollarlıq tibbi ləvazimatın müqabilində ötən il 16,5 mln. dollar tibbi ləvazimat alınıb. Bunun əvəzində Çindən idxal olunan avtobusların hesabına nəqliyyat vasitələrinin sayı illik müqayisədə kəskin artıb və 6,4 mln. dollardan 12,1 mln. dollara yüksəlib.

Geri qayıt