Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > BƏSTƏKAR-NAZİRİMİZ PLAGİATLIQ EDİB

BƏSTƏKAR-NAZİRİMİZ PLAGİATLIQ EDİB


9-01-2013, 12:05
BƏSTƏKAR-NAZİRİMİZ PLAGİATLIQ EDİB
DİA.AZ: - Ayrı-ayrı hakimiyyət nümayəndələrinin həm də musiqiyə maraq göstərmələri bir ənənə halını alıb. İllərdir məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu qabiliyyətinin şahidiyik və onun yazdığı mahnıları dinləyir, həmin mahnıların sədası altında rəqs edirik.

Eləcə də Hüseyn Abdullayevin da böyük sənət əsərlərini eşitmişik. Bu günlərdə isə geridə qalmaq istəməyən nəqliyyat naziri Ziya Məmmədov oğlunu həmin piyasada təqdim etmək qərarına gəldi. Amma uğursuz alındı. Məlum oldu ki, «ZQAN» Holdinqin prezidenti, nazirin oğlu Anar Məmmədovun adı ilə təqdim olunan «aləm gözəl» mahnısının bəstəçisi tamam başqa biriisi imiş. Doğrudur, hələ də nazir oğlunun yaxınları və özü bunun əksini iddia edirlər. Amma fakt ortadadır.

DİA.AZ-a bu arada daxil olan informasiyalardan isə aydın olur ki, sən demə, Kəmaləddin Heydərov da bu günə kimi başqalarının yazdığı mahnılarla şou-biznesə soxulub. Bu barədə məlumatı verən mənbə bildirir ki, əslən Naxçıvandan olan, Kəmaləddin Heydərovun yaxşı tanıdığı, amma Azərbaycanın yaxşı tanımadığı bir istedadlı musiqiçi bu günə kimi Kəmaləddin Heydərovun mahnılarının müəllifidir.

Maraqlıdır ki, həmin şəxsin adı Kamaldır. Və nazirin adına çıxılan həmin mahnıların da «Kamal» təxəllüsü ilə təqdim edilməsinin heç də təsadüfi olmadığı aydın olur. Mənbəmiz bildirir ki, FHN şefi bunu həm də gələcəkdə hər şeyin ifşa olunacağı təqdirdə sığortalana bilməsi üçün edib. Çünki kimsə hələ bu günə kimi Kəmaləddin Heydərovun dilindən - «Mən mahnı yazmışam, filan mahnı mənimdir» kəlməsini eşitməyib.

Kəmaləddin Heydərova böyük uğur qaxzandıran «Nigaranam» mahnısı ilə bağlı xüsusi olaraq danışan mənbəmiiz bildirir ki, bu mahnı FHN şefinin o qədər xoşuna gəlib ki, hətta müəllifə 250 min manat pul da verib.

Geri qayıt