Əsas Səhifə > Sosial, Manşet > ƏBÜLFƏS QARAYEVİN KORRUPSİONER İŞÇİLƏRİ
ƏBÜLFƏS QARAYEVİN KORRUPSİONER İŞÇİLƏRİ10-01-2013, 08:34 |
BAKI MƏDƏNİYYƏT VƏ TURİZM İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR: ŞİKAYƏT VAR DİA.AZ: - Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində dözülməz vəziyyət yaranıb. Bu barədə DİA.AZ-a Bakı Mədəniyyət İdarəsində çalışanlardan biri məlumat verib. Məlumatlarda bildirilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyev idarənin tabeçiyliyndə olan qurumlara zorla bilet satdırır. Onsuz da az maaş alan və əlavə gəlir yerləri olmayan işçilər Əlikram Əliyevin zorla onların maaşlarına əl qoyduğunu bildirirlər. Son olaraq belə bir hadisə musiqi məktəblərində yaşanıb. Belə ki, idarə müdiri zorla musiqi məktəblərinə yeni il bileti satdırır. Hər bir musiqi məktəbinə 300-400 bilet verilib və hər bir biletin qiyməti 8 manatdır. Şikayətçilər bildirirlər ki, onlar bu bileti almaq istəməsələr də, zorla maaşlarından bilet pulu tutulur. Həmçinin müraciətdə bildirirlər ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində böyük yeyinti faktları mövcuddur. Hazırda isə bu yeyeinti faktları ilə bağlı idarədə Maliyyə Nazirliyi yoxlama aparır. Sonuncu yeyinti halından bəhs edən şikayətçilər bildirirlər ki, Əlikram Əliyevin göstərişi ilə bütün kitabxanalara hər birinin qiyməti 60 manatdan olan xalatlar yazılıb. Həmin xalatlar kitabxanalara verilməsə də, mühasibat həmin «xalat» əməliyyatı ilə külli miqdarda pul silib. Müraciətdə bildirilir ki, hazırda yoxlama aparılsa da, Əlikram Əliyevin yeyintiləri «ört-basdır» edəcəyindən hər kəs əmindir. Bildirilir ki, peşəkar birisi idarənin mühasibat sənədlərinə ötəri nəzər salmaqla «yeyintinin» hansı miqyasda olduğunu başa düşər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |