Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELNUR ASLANOV SƏLAHİYYƏTLƏRİNİ İTİRDİ
ELNUR ASLANOV SƏLAHİYYƏTLƏRİNİ İTİRDİ10-01-2013, 08:58 |
O, VƏZİFƏSİNİ İCRA EDƏ BİLMƏYİB Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanovun səlahiyyətləri əlindən alınıb. Bu barədə TİA.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, xeyli müddətdir verilən tapşırıqları lazımi səviyyədə həyata keçirə bilməyən və etimadı doğrultmayan Elnur Aslanov Prezident Admnistrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova məğlub olub. Mənbə bildirir ki, bir sıra media və gənclərlə işə üzrə layihələri həyata keçirən Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbərinin buraxdığı bir neçə ciddi səhv onun neytrallaşması üçün ciddi əsas olub. Belə ki, «İrəli»də baş verənlər, Ceyhun Osmanlı kimi uğursuz kadrların önə çıxarılması və mandat sahibi olması, habelə ayrılmış maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi nəticə etibarı ilə Aslanovun «tərksilah» olmasını şərtləndirib. İddialara görə, Aslanov ayrılmış maliyyəni yaxın dostları və adamlarına verməklə yanaşı, onların ciddi iş görə bilməməsinə də göz yumub. Nəticədə, indiki durum yaranıb və qərarlaşdırılıb ki, o, prosesdən kənarlaşdırılsın. Mənbənin sözlərinə görə, Elnur Aslanov artıq hakimiyyətin həyata keçirdiyi bütün layihələrdən kənarlaşdırılıb. Üstəlik, ona tapşırılan işlər Əli Həsənova həvalə edilib. Hal hazırda şöbə müdirinin mətbuat və gənclərlə işləri tam nəzarətinə aldığı və birbaşa özünün rəhbərliyi altında reallaşdırdığı vurğulanır. TİA.AZ-a daxil olan xəbərdə o da qeyd olunur ki, Elnur Aslanovun buraxdığı bir sıra səhv hətta onun siyasi karyerasının üzərindən də xətt çəkə bilər. Lakin mənbə bu ciddi səhvlərin konkret olaraq nələrdən ibarət olduğu barədə açıqlama verməkdən imtina edib. Geri qayıt |