Əsas Səhifə > Sosial, Manşet > NEFTÇALADA VƏZİYYƏT NƏZARƏTDƏN ÇIXIR
NEFTÇALADA VƏZİYYƏT NƏZARƏTDƏN ÇIXIR10-01-2013, 09:31 |
SAHİBKARLARI HƏDƏFƏ ALAN İCRA BAŞÇISI ÜSYAN ÜÇÜN ZƏMİN HAZIRLAYIR DİA.AZ: - Neftçalanan icra başçısı İsmayıl Vəliyev rayona rəhbər təyin edildikdən sonra sahibkarlara qarşı «səlib yürüşünə» keçib. Bu barədə DİA.AZ-a rayondakı sahibkarlar məlumat veriblər. Həmin məlumatda deyilir ki, Vəliyev başçı təyinatını aldıqdan sonra Neftçalada özünə bazar tikdirməyə başlayıb. Qeyd olunur ki, bazarın tikintisi artıq başa çatmaq üzrədir və orada tamamlama işləri həyata keçirilir. Lakin yerli sahibkarlar bu bazarda fəaliyyət göstərmək istəmirlər. Nəticədə, tərəflər arasında narazılıq yaranıb. İcra başçısı da vəziyyəti belə görərək, onlara göz dağı vermək qərarına gəlib. Belə ki, İsmayıl Vəliyev Neftçaladan olan sahibkarlara məxsus dükanların sökülməsi barədə göstəriş verib. Tələb də belə qoyulub ki, hər bir sahibkar ya onun bazarında fəaliyyət göstərməlidir, ya da onun bazarındakı dükanlarından birini almalıdır. Əks təqdirdə, onlara işləmək üçün heç bir fürsət verilməyəcək. DİA.AZ-a verilən məlumatda o da vurğulanır ki, İsmayıl Vəliyev Neftçalanın bazarkomu olmaq üçün çalışdığı bir vaxtda, onun sözünü eşitməyən və etiraz edən sahibkarları cəzalandırmaqdan da çəkinmir. Mənbə buna misal olaraq Hacı Natiq adlı sahibkarın həbs edildiyini göstərib. Amma bütün bunların nəinki İsmayıl Vəliyev üçün, ümumiyyətlə yerli icra orqanları üçün heç də yaxşı nəticələrə mail olmayacağı da ösylənilir. Belə ki, bu barədə danışan mənbəmiz artıq narazı sahibkarların etirazlara hazırlaşdığını bildirir: “Hər kəs İsmayıl Vəlieyvin əlindən boğaza yığılıb. Və onun istefası tələbi ilə aksiyaların keçiriləcəyi də istisna deyil”. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |