Əsas Səhifə > Dünya > YUNANLAR RƏSMƏN QUDURUB
YUNANLAR RƏSMƏN QUDURUB10-01-2013, 10:41 |
TÜRKİYƏ KONSULUNUN MAŞININA HÜCUM EDİLDİ Yunanıstanın Komotini şəhərində bir qrup naməlum şəxs Türkiyənin bu şəhərdəki konsulunun meriya binasının yanında park edilmiş avtomobilinə hücum edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Anadolu agentliyi xəbər yayıb. Bildirilir ki, əllərində Yunanıstanın bayraqlarını tutan və Türkiyə əleyhinə şüarlar səsləndirən otuz nəfərdən ibarət qrup baş konsulun avtobilinə hücum edərək ona zərər yetiriblər. Bu müddətdə şəhərin meri ilə görüş keçirən baş konsul Osman İlhan Şenerin özü isə az sonra polislərin müşayiəti ilə meriyanın binasından çıxaraq hadisə yerindən sağ-salamat uzaqlaşıb. Geri qayıt |